İnsanlar üçün dostluq və yaxşılıq lazımdırmı? Çox lazımdır! Çünki onlarsız yer üzündə zülmət hökm sürərdi, insanlar bir-birilərinin, uşaqların, qocaların və gələcəyin qayğısını çəkməzdilər. Elə bir xalq yoxdur ki, onun dostluq haqqında əfsanələri və atalar sözü olmasın.
Axı, nədir ümumiyyətlə, dostluq və o digər insani münasibətlərdən və bağlılıqdan nə ilə seçilir? Bəzən izah etmək çətin olur, nəyə görə bir insan mənim xoşuma gəlir, digəri isə yox. Şəxsi münasibətlər elə mürəkkəb və qarışıq xarakter alır ki, insanlar həmişə bu münasibətləri araşdırmaq iqtidarında deyillər. Dostluq elə də sadə iş deyil. Bəziləri birgə vaxt keçirməyi - tənəffüsdə, məhəllədə, şəhərdə gəzməyi dostluq adlandırırlar. Bəs, onda dostla tanışın fərqi nədədir? Fərq ondadır ki, əsl dostluq - fayda gətirən dostluqdur, lakin yüksək mənada, yaxşı mənada fayda. Bu tip dostluq insanı mənəvi cəhətcə zəngin edir, insanı ağıllı, mərhəmətli və müdrik edir.
Bəzən dostluq köməyi və dəstəyi o anlamda başa düşülür ki, dost yoxlama işində köçürməyə kömək etməyə həmişə hazır olsun. Əlbəttə, belə anlam gülməlidir, bəlkə gülməli yox, təəssüfedicidir. Çox vaxt belə deyirlər: «0 yaxşı dostdur - həmişə köməyə gəlməyə hazırdır».
Ümumiyyətlə, belə söhbətlər mənə çox qəribə gəlir. Bəli, köməyə gəlməyə hazırdır, dost başqa nə cür etməliydi axı? Məgər bu ən əsas şeydir? Bəlkə də, amma baxır kimin üçün. Məndən soruşsalar ki, kimdir sənin əsl dostun, mən deyərdim: «Filankəs, çünki o, həmişə mənə səmimi, dərin mənalı və maraqlı ünsiyyət bəxş edir». Bəli, dost mənə kömək edir, mənə yaşamaqda yardımçı olur, lakin bu kömək hər hansı bir konkret hərəkət və məsləhətlə təzahür olunmur, mənimlə dostluq faktının özü bu məsələdə kifayət edir.
Başqa bir şəxsə bir şeyi əta etdikdə, ondan sənin üçün sevinc bəxş edə biləcək bir şeyi tapmaq istəyi, tələbatı yaranır. Dostluqda hər iki şəxs bərabərdir. Yalnız birtərəfli, bir şeyi qəbul etmək və onun əvəzində heç bir şey əta etməmək, bu cür olmaz. Məgər dostluq, həqiqi dostluq olsa, başqa cür heç mümkündürmü? Dostdan başqa, insan kiminlə öz maraqlı fikirləri, müşahidələri və bilgiləri ilə bölüşə bilər?! Dostun laqeydləşməsi və soyuq münasibət bəsləməyə başlaması insana pis təsir edir. Qəlbdə bir kədər və hüzn yaranır. Yaxşıca düşünmək lazımdır, bəlkə onun səndən uzaq düşməsinin səbəbkarı elə sən özünsən?
Bəlkə sən hansısa yersiz sualla və ya diqqətsizliklə onun xətrinə dəymisən? Əgər sən vaxtında fikirləşib bir nəticəyə gəlsən, əldən çıxan dostluğu bərpa edə bilərsən. Bəzən belə olur, sənin dostun kiminləsə dostlaşır. Buna necə reaksiya verməli? Tələsmə. Məzəmmət etmək, dalaşmaq və ya birdəfəlik aranı kəsmək? Tələsmə! Belə bir müdrik atalar sözü var: «Dostumuzun dostu - bizim dostumuzdur». Heç incimək lazım deyil, əksinə dostunun yerinə sevinməlisən və belə fıkirləşməlisən ki, biz dostların sayı - üçdür. Bununla tək sənin dostun deyil, həmçinin sən - siz ikiniz də yeni dostluqdan bəhrələnəcəksiniz. Xəyanətdə ittiham etmək çox ağır məsuliyyətdir. Dostluqda xəyanət etməyi düzgün başa düşmək lazımdır. Əgər bir kəs dostunu, onun müsbət zamanında, onun yardıma çox ehtiyaclı bir vaxtında kömək etmirsə - bu xəyanətdir. Lakin, söhbət sadəcə dostluğun bitməsindən gedirsə, bunu heç cür xəyanət adlandırmaq olmaz. Sadəcə, bir insanınkı, artıq digəri ilə tutmur.
Daimi dostluğa nadir hallarda rast gəlinir. Dostluğun uzunmüddətliyi bir çox səbəblərdən asılıdır. Bu, ortaq maraqlar, mənəvi yaxınlıq, bir-birini başa düşmək qabiliyyəti və incikliyi bağışlamaqdan asılıdır. Dostluq tək fəlakət baş verdikdə dosta dayaq olmaqdan ibarət deyil, həmçinin onun hər bir uğuruna öz uğuru kimi sevinməkdir. Sonda Dağıstanın xalq şairi Rəsul Həmzətovun sözləri ilə öz fikrimi başa vurmaq istərdim:
Ey insanlar, sizdən xahiş edirəm, Allaha xatir,
ö z mərhəmətinizdən utanmayın əsla,
Dünyada dostlar o qədər də çox deyil,
Dostları itirməkdən ehtiyat edin.