«Su altında iyirmi min lyö» romanı - mənim ən sevimli əsərimdir. Bu kitab məşhur fransız romanisti Jül Vernin ən gözəl əsərlərindən biridir. Jül Vern dünya ədəbiyyatı tarixində böyük iz qoymuş bir yazıçıdır.
        Bu romanın işıq üzü görməsindən on üç il sonra mühəndis Lebef ikiqat korpuslu sualtı qayıq inşa etdi. Mühəndis Lebef yazıçı Jül Verni öz ixtirasının həmmüəllifi adlandırmışdır. Müəllif romanda tək «Nautilus» sualtı qayığın korpusunun ikiqat olması ideyasını verməmiş, həmçinin onun ölçülərini də göstərmişdir.
        «Su altında iyirmi min lyö» romanı tək dünya ədəbiyyatı tarixində elmi fantastikanın şah əsəri kimi fəxri yer tutmur, həmçinin sualtı naviqasiya tarixində də mühüm əhəmiyyətə malikdir.
        Mənim ən sevimli ədəbi qəhrəmanım - Kapitan Nemodur.
        İllər keçdikdə «Nautilus» daha qocalır. Amma «Su altında iyirmi min lyö» romanı isə müxtəlif nəşrlərdə çap edilərək, bütün dünyada ən sevimli kitablardan biri kimi qalmaqdadır.             Bu ölməz kitabın cazibə sirri nədədir? Kapitan Nemonun şəxsiyyətində. O, Jül Vernin ideal qəhrəmanlarının ən yaxşı keyfiyyətlərini özündə cəmləşdirir. O, tək səyahət etməklə, ixtira və qurmaqla, təbiətin sirlərinə varmaqla məşğul deyil. Bunlarla yanaşı o, istismar olunan xalqların azadlığı uğrunda mübarizəyə qoşulur və təbii ki, zülmə və quldarlığa baş əymir.           Kapitan Nemo - dahi alim və inqilabçıdır. Onun «Nautilus»u həm sualtı laboratoriya və həmçinin də zülmkarlara qarşı intiqam alma alətidir.
        Nemo obrazı əsrarəngizliklə əhatə olunmuşdur. O, dinməz, qaşqabaqlı, fıkirlidir, onun keçmişi bəlli deyil, niyyəti aydın deyil. Lakin, onun şəxsiyyəti yüksək məqamlı mənəvi aləmdən xəbər verir.
        Onunla tənhalığı və təhlükəni bölüşən insanlar kapitana son dərəcə sadiqdirlər və onun hər bir jestinə sözsüz tabe olurlar.
        Alim və mübariz kapitan Nemonun qəlbində gözəl hisslər yaşanır. Ona görə də o, təbiətin gözəlliklərinə və rəssamın əli ilə yaranmış gözəlliklərə laqeyd qala bilməzdi. Lakin kapitan Nemonun ən güclü hissi - azadlığa məhəbbət duyğusudur.
        Azadlığa məhəbbət və zülmkarlara qarşı nifrət onu sərt intiqamçıya çevirir. Beləcə kapitan Nemonun surətində çox gözəl humanist və dahi alim keyfiyyəti ilə, qorxmaz inqilabçı keyfiyyəti vəhdət tapır. Elm kapitan Nemonu daha qüdrətli edir. O, elmi bəşəriyyətin xidmətinə qoymuşdur.
        Kimdir kapitan Nemo? Onun əsl adı nədir? Onun vətəni haradadır? Onun replikalarında yer alan işarələrə baxmayaraq, o, oxucu üçün axıradək əsrarəngiz bir şəxsiyyət kimi yer alır.
        O, romanın səhifələrində yaşayır və mübarizə apanr. Baxmayaraq ki, «Nautilus» artıq texniki möcüzə sayılmır, lakin o, kapitan Nemo ilə birlikdə yaşamşqdadır.
Top