Çexovun belə bir kəlamı var: «Rəssamın bütün enerjisi iki istiqamətdə istiqamətlənməlidir: insan və təbiət». Mən belə deyərdim ki, bu iki istiqamətdə tək rəssamlar deyil, həmçinin, hər bir insanın enerjisi sərf edilməlidir. Təbəitə qarşı qayğı, təbiətə qarşı sərf edilən əmək, yüksək mənəviyyat, Vətənə və təbiətə məhəbbət - bunlar hamısı tək pafoslu sözlər deyil. Bunlar adi bir sözlərdir ki, hər bir insan anlasın: təbiəti qorumaq lazımdır, çünki təbiətdə faydasız heç bir şey yoxdur. Nəhəng palıd ağacından tutmuş, balaca ot saplağına qədər hər bir şeyin insana faydası var.
Ailədə məni doğma təbiətə qarşı sevgi əhvali-ruhiyyəsində tərbiyə edirlər. Deməli, məni, vətənə sevgi əhvali-ruhiyyəsində tərbiyələndirirlər. Qeyri-ixtiyari Səməd Vurğunun «Azərbaycan» şeirindən bəzi sətirlər yadıma düşür:
El bilir ki, sən mənimsən
Yurdum, yuvam məskənimsən,
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan
Məgər bu, doğma vətənin təbiətinə olan sevginin təzahürü deyilmi?! Hər bir insanın sevdiyi bir təbiət guşəsi var ki, o, orada istirahət etməyi, xüsusilə xoşlayır.
Mənim sevimli istirahət yerim - Nabrandır. Nabran, Azərbaycanın çox səfalı bir guşəsidir. Günəşin parlaq və oynaq şüaları, mülayim və bəzən də sərt dəniz, şırıltı ilə axan çayın şəffaf suyu - bütün bunları istirahət boyu gündə görmək insanın əhvali-ruhiyyəsini qaldınr, qəlb aram hal alır. Günün dənizin üzərindən necə çıxmasını, çiçəklərin açılmasını seyr etmək, doğma təbiətin gözəl mənzərəsinə baxaraq səhər sükunətinə qulaq asmaq çox xoşuma gəlir. Bu gözəl mənzərələri seyr etmək insanda şairlik hisslərini cuşa gətirir, adamın lap gözəl mənzərə, günəş, quşlar və çiçəklər haqqında şeir yazmaq həvəsi gəlir.
Qoruyun insanlar,
Eli-obanı,
Şəfəqin işığını,
Bağın ağacını!
Aha, deyəsən alınır. Necə də poetikdir!
Lakin mən, təbətlə bağlı bir sıra kədərli anların da şahidi oldum. Bəzi insanların təbiətin gözəlliyinə heyfləri gəlmir və onun nadir gözəlliklərini məhv edirlər. Və mənə elə gəlir ki, bəzən də bunun müqabilində təbiət insandan öz hayfını çıxır: tez-tez rast gəlinən daşqınlar, zəlzələlər və təbiətdə baş verən digər natarazlıqlar.
Bizim qarşımızda duran vəzifə təbiəti qorumaqdan, çayları və gölləri çirkləndirməməkdən, meşələrdə ocaq qalamamaqdan və s. ibarətdir. Belə ki, meşədə qalanan böyük ocağın yerində, sonra on beş il ot bitməyə bilər.
Təbiət, Allah tərəfındən verilən böyük bir nemətdir. Insan gərək doğma təbiətin dostu olsun, yoxsa nəticə olaraq onun özünə pis olacaq. Çünki onunla pis davrandıqda, təbiət artıq doğma analıqdan çıxıb ögey anaya çevrilir. Təbiətlə insanın qarşılıqlı münasibəti məsələsinə bir sıra yazıçılar toxunmuşlar. Mən buna, Azərbaycan yazıçısı ilyas Əfəndiyevin «Zoğal körpü» povestində və Valentin Rasputinin «Ana ilə vida» əsərində rast gəlmişəm. Bu yazıçılar, insanın təbiət aləmi qarşısında, artıq itirilmiş heyrət hissinin dirçəlməsinə çağırırlar. Yəni, insan özünü yenidən təbiətin ağası deyil, onun övladı kimi özünü hiss etsin. Və insan meşəyə daxil olarkən «Salam» söyləsin və sakitcə onu seyr etsin.
Yenə də Səməd Vurğun xatırlanır. Onun müasir zamana necə də uyğun gələn şeirləri var. Bu şeirlərdə həm doğma təbiəti seyr etmək, həm müvəqqəti itirilmiş torpaqların yanğı-acısı öz əksini tapmışdır
Bu vətənpərvər sətirlər mənim inşamın mövzusuna uyğun gəlir. Gəlin, həm torpağımızı qoruyaq, həm təbiətimizi. Gələcək nəsillər üçün - təmiz hava və saf sulu çayları, əsrlər boyu yaşayan meşələri, münbit və məhsuldar torpaqları qoruyub saxlayaq.