Bu kiçik şəhər Ağdamla Şuşa arasındakı yolda yerləşir. Şəhərin əhalisi 7000 nəfər təşkil edirdi. 1992-ci ilin fevral ayının 26-da silahlanmış erməni yaraqlıları bu şəhəri Yer üzündən sildilər. Xocalı ilə əlaqə gecəkən kəsilmişdi. Düşmən şəhəri atəşə tutmağa başladı. Yanğınlar başladı. Saat səkkizə yaxın şəhər işğal olundu. Şəhərin əhalisi təşviş içində, tələsik müxtəlif istiqamətdə qaçmağa başladı.
        Çoxlu sayda şəhər əhalisi həlak oldu, qalanları isə dağlara qaçdılar. Beləcə, bu şəhər, elan olunmamış Qarabağ müharibəsinin qanlı səhifələrindən birinə çevrildi.
        Növbəti helikopter Xocalının ətrafından həlak olmuş sakinlərin cənazələrini gətirir. Cənazələri daşıyan əsgərlər qırmızı paltarlı qızcığazın meyitini yerdəkilərə ötürərək hönkür-hönkür ağlayırdılar. O, artıq əbədi olaraq yuxuya getmişdir. Cənazələrin arasında gənc ana və əlindəki körpənin meyitləri görsənir. Körpəni süngü ilə öldürmüşdülər. Bu dəhşətli səhnələri seyr etmək çox ağırdır. Artıq saçı ağarmış bir kişi için-için ağlayaraq belə deyir: «Bunlar, faşistlərdən də pisdirlər!». Bu səhnələrin şahidi olanların üzləri qəm və kədərdən qapqara qaralmışdı.

 
Bu dərdə necə dözüm mən, ilahi?
Insanlıqdan kənardı, bu əlbət,
Gizlincə qəm çəkməkdən
Bezdim artıq mən,
Qoy, aşkarca nalə çəkim mən.

        Azərbaycan xalqı öz ərazisində təhqirə məruz qalmışdır. Şəhəri işğal edənlər heç kimə rəhm etmirdilər, nə uşağa, nə qocaya, nə cavana. Qaçaraq canını qurtarmaq istəyənləri isə pulemyot atəşi ilə güllələyir və ya tank altında əzirdilər. Bu cinayəti, yalnız faşistlərin azğınlığı ilə müqayisə etmək olar.
        Yer, göy və ətrafda hər şey anaların nalələrini səsləyərək Xocalı şəhidlərinə sızıldayaraq yas saxlayırdı. Heç, düşmənə bunu bağışlamaq olarmı?!
        Azərbaycan xalqı sülhsevər və qonaqpərvər xalqdır. Bu xalq heç vaxt başqasının malına və qanına göz dikməmiş, axırıncı tikəsi ilə bölüşməyə daim hazır olan bir xalqdır. Azərbaycan xalqı səbirli və ürəyigeniş bir millətdir. O, çox vaxt ona yetirilən xəsarət və əziyyətləri bağışlamışdır. Lakin bu dəhşətli hadisələri bağışlamaq olmaz!!!
        Xaincəsinə, mehriban qonşuluq həyatını pozan, llahi və insani qanunları pozan hər bir kəs qədimdən mövcud olan bir həqiqəti başa düşməlidir: «Qılıncla gələn, elə qılıncla da məhv edilər».
        Yaralı Xocalı hadisəsi, bizim millətin tarixinin ən qara səhifələrini təşkil edir. Uca Allahın köməyi ilə, bu qan yerdə qalmaz!
Top