Bir dəfə mən, əyləncənin müxtəlif növləri barədə bir məqalə oxudum. Məqalədə verilən məlumatlara əsasən, insanların asudə vaxtlarında əylənmə vasitələrindən ən çoxunu - televiziya, radio və kinotəşkil edir.
        Əwəllər insanlar asudə vaxtlarını səmərəli keçirmək üçün digər vasitələrdən istifadə edirdilər: müxtəlif oyunlar oynayır, oxuyur, cürbəcür çalğı alətlərində ifa edir, ziyarətə gedir, ova çıxırdılar və s.
        Hazırki zamanda isə biz bu əyləncələrdən əlavə, televizor, radio, kino və teatr vasitəsilə asudə vaxtımızı keçirə bilərik. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, kinoya hər yerdə baxmaq olar. Siz hər zaman, öz zövqünüzə uyğun kino seçə bilərsiniz: detektiv, tarixi, vestern, qorxulu filmlər, musiqili, komediya janrı və s.
        Yaxın keçmişdə insanlar hər həftə kinoteatlara gedərdilər. Adətən, kinoteatrlar ağzına kimi adamla dolu olurdu. Lakin müasir şəraitdə, texniki inkişafın ixtiraları nəticəsində video, CD, DVD və s. istehlak bazarını ələ alaraq, kinoteatrların fəaliyyətini xeyli zəiflətdi.
        Mən kinoteatra tez-tez getmirəm, mənim dostlarım həmçinin, daimi olaraq kinoteatra gedən deyillər. Lakin, bəzən cəmiyyət tərəfindən çox yaxşı qəbul edilən və məşhur filmlərin baxışı üçün mən kinoteatra gedirəm.
        Mənim kinoteatrda baxdığım son film, Türkiyə istehsalı olan «Kurdlar vadisi - İraq»dır. Kino müasir şəraiti əhatə edir və yüksək peşəkarlıqla çəkilmişdir. Filmin musiqisi də çox gözəl işlənmişdir. Film iki seriyadan ibarət olsa da, o qədər cəlbedicidir ki, vaxt çox tez gəlib keçir. Kinonun qəhrəmanlarının keçirdiyi macəralar, döyüş səhnələri, düşmənlə mübarizə o qədər adamı cuşa gətirir ki, insan özünü sanki onlarla birgə hiss edir. Filmdə insanların bir-birilə münasibətinə, mənəvi dəyərlərə və mərhəmətə xüsusi yer verilmişdir. Filmdə Amerika əsgərlərinin dinc əhaliyə qarşı etdikləri vəhşiliklər, həm uşaq alveri, həm kütləvi qırğınlarla yanaşı, filmin qəhrəmanlarının göstərdiyi əzmkarlıq, şücaət, mərhəmət və yüksək insani dəyərlərin təzahürü də peşəkarlıqla əks olunmuşdur. Həqiqətən bu film, hələ uzun müddət mənim yaddaşımda gözəl bir sənət əsəri kimi qalacaqdır.
Top