Mən musiqini xoşlayıram və mənim fikrimcə, insanlar onsuz yaşaya bilməzlər. Səhər dərsə getməmişdən qabaq mən çox vaxt musiqiyə qulaq asıram. Biz musiqini çox yerdə eşidə bilirik: küçələrdə, mağazalarda, televizor və radioda, avtomobillərdə və s. Hərənin bir zövqü var, hərə hansısa növ musiqini xoşlayır. Mənim ən çox xoşladığım musiqi - klassik musiqidir.
        Əksər insanlar musiqini xoşlayırlar. Onlar kassetlər və disklər alır, konsertlərə gedir, filarmoniyaya və teatrlara baş vururlar.
        Mən musiqiyə qulaq asmağı çox xoşayıram, çünki o mənim əhvaliruhiyyəmi və emosiyalarımı əks etdirir. Bəzən mənim kefim olmayanda, mən sevdiyim musiqiyə qulaq asıram və bununla da mənim əhvali-ruhiyyəm qalxır, mən özümü yaxşı hiss edirəm.
        Bəzən mən sevdiyim ifaçıların konsertlərində və tədbirlərində iştirak edirəm. Mən televizorda musiqi verilişlərini izləməyi xoşlayıram. Bu verilişlərdə, mənim sevdiyim populyar qruplar və ifaçılar haqqında dəyərli informasiyalar alıram. Mənim otağımın divarlarında sevdiyim musiqi ifaçılarının şəkilləri asılmışdır.
        Təəssüf ki, hal-hazırda bizim milli musiqi aləmimiz, bir çox bacarıqsız və səviyyəsiz ifaçılarla doludur, bu məni kədərləndirir. Yaxşı prodüser seçmək, hələ gözəl səsə və ifaya malik olmaq demək deyil. Mənə elə gəlir ki, yalnız istedadlı və səviyyəli insanlar özlərini mügənni adlandırmağa layiqdirlər.
Top