Ad günü - çox gözəl bir gündür. Hamı onu keçirməyi xoşlayır, çünki ad günü dostlarla, valideynlərlə və qohumlarla vaxt keçirmək üçün çox gözəl imkandır.
Mən yanvar ayının 10-da anadan olmuşam. Mənim ad günümün səhəri valideynlərim mən oyanmamış çarpayımın yanında hədiyyələri qoyurlar. Buna görə də, yuxudan oyandığım zaman gördüyüm ilk şey, mənə verilən hədiyyələr olur. Atam, anam və kiçik qardaşım mənim otağıma daxil olur və məni təbrik etmək üçün «Ad günün mübarək» mahnısını oxuyurlar.
Adətən, biz mənim ad günümü axşamlar qeyd edirik. Bir dəfə biz ad gününü qeyd etmək üçün kafeyə getdik, lakin, adətən bu bayramı evdə qeyd edirik.
Ad günündən bir gün qabaq, biz mənzili sahmana salırıq. Ad günü ilə əlaqədar tədbirə lazım olan şeyləri almaq üçün atam səhər-səhər bazara gedir. Lazım olan hər şeyi aldıqdan sonra onları anama təhvil verir. Anam ləziz yeməklərlə yanaşı, bayram tortu da bişirir.
Axşam bütün yeməklər artıq hazırdır və bayram süfrəsi də qurulur. Biz bayram paltarlarımızı geyinirik və qonaqları gözləyirik. Mənzil çox təmiz və xudmani görsənir.
Mən həmişə qonaq qarşılamağı çox xoşlayıram. Qonaqların gül və hədiyyələri xoşuma gəlir. Anam, bibimin mənə göndərdiyi teleqramı təqdim edir. Bu gün bizdə, məxsusi ləziz yeməklər bişirilir. Anam bayram tortunu təntənəli surətdə otağa daxil edir. Tortlarda quraşdırılmış yanar şamları mən bir nəfəsə söndürürəm.
Biz çox şənlənirik, müxtəlif maraqlı və məzəli söhbətlər edirik. Beləcə, ad gününü qeyd edirik.
Mənim fikrimcə, mənim ad günüm - ilin ən yaxşı günüdür.