Uzun illər qədim yunanlar müxtəlif müharibələrdə iştirak edirdilər. Bu muharibələrdə xırda dövlətlər çox ziyan çəkirdilər, hansı dövlətin tərəfindən müharibənin aparmasından asılı olmayaraq, bu tale onlardan yan keçmirdi. Belə xırda dövlətlərdən biri də Elida dövləti idi və onun rəhbəri, bütün qoşunlarla əmin-amanlıqda ömür sürmək istəyirdi. O yaxşı diplomat idi və bir sıra danışıqlardan sonra Elidanın neytral bir dövlət kimi tanınmasına nail oldu. Bu uğurlu nailiyyəti qeyd etmək üçün, idman yarışları təşkil edildi.
        İlk olaraq, bayram bir gün çəkirdi, sonra isə idman bayramına bir ay həsr edilirdi. Yunanıstanın müxtəlif bölgələrinə qasidlər yollanırdı ki, müharibələrə və daxili çəkişmələrə son qoyulsun.
        İdman yarışları dörd ildən bir, Elidanın ərazisində keçirilirdi. ilk idman yarışlarına sonradan Olimpiya oyunları adı verildi və bu təxminən, bizim eradan əvvəl 1000-ci ilə təsadüf edirdi.
        Olimpiya oyunları, adətən, yayın əvvəlində başlayırdı. Yunanıstanın müxtəlif dövlətlərindən ən yaxşı idmançılar, müxtəlif idman növləri üzrə: qaçış, uzurıluğa tullanma, hündürlüyə tulanma, güləş və s. yarışlarda iştirak etmək üçün Olimpiyaya toplaşırdılar. Bir müddət sonra olimpiya oyunları siyahısına yumruq davası (boks) və cəng arabalarında çapma yarışları da əlavə olundu.
        Bütün iştirakçı idmançılar oyunlara yaxşı hazırlaşmaları haqda və müqəddəs Olimpiya oyunlarının qaydalarına ciddi riayət olunması barədə and içirdilər. idmançılar müxtəlif idman növləri üzrə, bir və ya bir neçə idman yarışlarında iştirak edirdilər.
        Qalibləri «olimpionika» adlandırırdılar, onları zeytun əklilli tac və zeytun yağı ilə dolu qabla təltif edirdilər. Bu ənənəyə indi də riayət olunur. Halhazırda Olimpiya oyunlarının qaliblərinə zeytun əklili və zeytun yağı qabı təqdim edilir.
        Qədim Yunanıstanda Olimpiya oyunlarının qalibləri çox məşhur insanlara çevrilirdilər. Fəxri qabların istehsalı üçün ən yüksək dərəcəli sənətkarlar seçilirdi. Bir çox şairlər Olimpiya atletləri haqda şeirlər yazar və xalqın qarşısında təmtəraqla onları oxuyardılar. Heykəltəraşlar qaliblərin şəninə hazırladıqları heykəlləri atletlərin vətənlərində inşa edərdilər.
        Olimpiya oyunları, incəsənət festivalları ilə müşaiyət edilirdi. Şairlər təmtəraqlı surətdə şeirlərini oxuyur, muğənnilər himnləri səsləndirir, natiqlər gurultulu çıxışlar edirdilər. Bütün bunlar müqəddəs hesab edilən oyunların şərəfinə edilirdi.
Top