Yəqin ki, idmanın yaşı bəşərin yaşı qədərdir. Bəşər inkişaf etdikcə, idman da onunla bərabər boy atıb böyümüşdür. Dünyanın hər yerində, yaşından asılı olmayaraq, hamı idmanı və idman yarışlarını sevir. İdman təkcə fiziki cəhətcə insanların güclənməsinə və inkişaf etməsinə səbəb olmur, həmçinin onları gündəlik həyatda daha hazırlıqlı və mütəşəkkil edir.
        İdman sağlam ruhda sağlam bədənin qorunub saxlanmasına xidmət edir. Bizim hamımızın məşq etməyə ehtiyacımız vardır. Hətta siz, idman karyerası barədə düşünməsəniz də belə, idmanla məşğul olmaq sizə zəruridir. Müntəzəm olaraq müxtəlif bədən hərəkətlərini etmək, sizə enerji bəxş edər. Ona görə də daim ümumi yorğunluqdan şikayətlənən insanlara fiziki hərəkətlər etmək lazımdır, nəinki istirahətə can atmaq. Fiziki məşqlər sizin fiziki əhvalınızı və xarici görünüşünüzü yaxşılaşdırır.
        Ən yaxşı fiziki hərəkətlər - təkrarlanan hərəkətləri olan məşğələlərdir, məsələn, yerimə, qaçış və ya üzmə. Əyilmə və dartılma sizin bədəninizə elastiklik verir, cisminizə yüngüllük bəxş edir.
        Bizim ölkədə populyar idman növləri sırasında futbol, güləş, karate, basketbol, voleybol, üzgüçülük, tennis və s. növlərin adlarını çəkmək olar. Hər bir şəxs istənilən idman növünü seçib onunla məşğul ola bilər.
Top