Əgər sağlam qalmaq istəyirsənsə, gərək idmanın hər hansı bir növü ilə məşğul olasan.
İdman mənim həyatımın ayrılmaz bir hissəsidir. Hər səhər, ilin bütün günləri mən səhər gimnastikası edirəm. Demək olar ki, hər gün mənim məşqlərim olur. Yayda mən üzgüçülük və avarçəkmə ilə məşğul oluram. Həmçinin, yay tətillərində biz yürüşlərə gedirik. Mən, adətən qış tətillərini kənddə keçirirəm, orada xizək sürür, konki ilə sürüşürəm. Həmçinin, mən yüngül atletika ilə də məşğul oluram. Mənim sinif yoldaşlarım arasında müxtəlif idman növləri populyardır. Mənim dostlarımın hamısı cürbəcür idmanla məşğul olur: su polosu, gimnastika, at çapma, güləş, qılınc oynatma, ağır atletika, boks, futbol, basketbol və s. Bizim məktəbdə yaxşı idman komandaları formalaşmış və müxtəlif adda yarışlar təşkil olunur. Bizim məktəbin oğlanları futbol xəstəsidirlər. Oğlanlar futbol oynayır, qızlar isə onlara azarkeşlik edirlər. Bizim məktəbin komandalarının iştirak etdiyi yarışları qızlar heç vaxt unutmur və daima onlara azarkeşlik etmək, dəstək vermək üçün orada iştirak edirlər.
İndi bir neçə söz bizim bədən tərbiyəsi dərslərimiz haqqında demək istərdim. Hava soyuq olduqda idman dərsləri içəridə, məktəbimizin idman zalında keçirilir. Biz müxtəlif oyunlar oynayırıq, adətən, basketbol və ya futbol. Bundan əlavə, biz dərsin bir hissəsini gimnastikaya həsr edirik.
Payızda və yazda, havalar mülayim keçdiyi vaxt bədən tərbiyəsi dərsləri məktəbin idman stadionunda keçirilir. İldə bir dəfə, yazın axırında, bizim məktəbdə idman günü keçirilir. Həmin gün dərslər təxirə salınır. Yarışın bütün iştirakçıları idman paltarı geyərək mübarizəyə başlayır, tamaşaçılar isə qaçış zolağının ətrafında əyləşərək idmançılara dəstək verirlər. Bütün yarışlar eyni zamanda keçirilir. Bu gün hər il uğurla başa vurulur. Hətta, bu idman bayramı soyuq günə təsadüf etsə də belə, biz o gündən xüsusi ləzzət alırıq.