Mənim atam biznesmendir. O, beynəlxalq şirkətdə işləyir. Mən bir neçə dəfə onun ofisində olmuşam. Mənim ora çox xoşuma gəlir.
Mənim atam çox məşğul insandır. O, tez-tez işdən gec gəlir. Lakin mən hiss edirəm ki, iş atamın xoşuna gəlir. Bütün bunlara baxmayaraq, o, mənimlə və anamla ünsiyyət saxlamağa vaxt tapır.
Bəzən o, firmalarının üzləşdiyi çətin anlardan söhbət açır və bu çətinliklərdən necə çıxdıqlarını bizə nəql edir. Ona qulaq asmaq mənə çox maraqlıdır. Mən əminəm ki, biznesmen gərək yaradıcı təfəkkürə malik olsun.
Mənim atam mehriban insandır və onunla rahat dil tapmaq olur. Mən öz atama hörmət edirəm və özüm də gələcəkdə biznesmen olmaq niyyətindəyəm. Fikrimcə, ölkəmizin iqtisadiyyatının yüksək səviyyədə inkişaf etməsi üçün, bizim məmləkətin çoxlu sayda savadlı və ləyaqətli biznesmenlərə ehtiyacı vardır.
Məktəbi bitirdikdən sonra, mən universitetə qəbul olunmağı planlaşdırıram. Orada bizi marketinqin və menecmentin sirlərini agah edəcəklər.
Mən hələ nəçi olmağımı, yəni konkret hansı sahədə işləyəcəyimi müəyyənləşdirməmişəm. Menecerin işi, əsasən insanlarladır. O, kollektivdə elə siyasət yürütməlidir ki, işçilər daha yaxşı və daha fəal çalışsınlar və bununla yanaşı o, gərək heç bir işçinin xətrinə dəyməsin. Marketinq isə, bazar tələbatının və ümumiyyətlə, kommersiya mühitinin tədqiq edilməsidir. Mənim hələ seçim etməyə və fıkirləşməyə kifayət qədər vaxtım vardır.