Mən jurnalist olmaq qərarına gəldim. Mən belə fikirləşirəm ki, bu maraqlı və faydalı bir peşədir.
        Mənim telefizora baxmaq, radioya qulaq asmaq, qəzet və jurnalları mütailə etməkdən çox xoşum gəlir. Kütləvi informasiya vasitələri ilə bağlı hər bir şey mənim zövqümü oxşayır.
        Mənim hobbim var. Mən və dostlarım ayda bir dəfə, məktəbimizdə böyük olmayan bir qəzet hazırlayırıq. Biz, məktəbdə baş verən hadisələr barəsində, gənclərin həyatı haqqında məqalələr və zarafatlar, özümüzün çəkdiyi illüstrasiyalar və karikaturaları dərc edirik.
        Jurnalist peşəsi mənim çox xoşuma gəlir. Jurnalistlər çoxlu sayda insanlarla görüşürlər. Onlar şəhərdə, ölkədə və dünyada nə baş verdiyini dərk edib, insanlara çatdırmaq istəyirlər.
        Mənim fikrimcə, jurnalist peşəsi tarixçi peşəsinə çox bənzəyir. Tarixçi tarixi prosesləri tədqiq edir və tarixdə baş verənləri izah edir. Həmin işi jurnalistlər hal-hazırda baş verən hadisələr üzərində edirlər. Lakin mənim üçün jurnalist peşəsi tarixçi olmaqdan daha maraqlıdır. Çünki sənin işlədiyin materiallar real həyatla bağlıdır, hal-hazırda baş verir və bununla da sən bu hadisələrə, hətta təsir də edə bilərsən. Belə nəticə çıxarmaq olar ki, jurnalistlər tarixə təsir edə bilərlər.
        Bax, bu səbəblərə görə mən jurnalist olmaq istəyirəm.
Top