Mən tərcüməçi olmaq istəyirəm. Bu olduqca maraqlı və faydalı bir peşədir.
        Mənim valideynlərimin böyük kitabxanası vardır və onlar mənə kitablan sevməyi öyrətmişlər. Kitab oxumaq mənim çox xoşuma gəlir. Mənim keçdiyim fənnlər arasında ən sevimliləri - ingilis dili, ədəbiyyat, coğrafiya və tarixdir. Mənim sevimli ingilis və amerikan yazıçılarım - Şekspir, Dikkens, Valter Skott, Cek London, Mark Tvendir.
        Bir dəfə ədəbiyyat dərsində bizim müəllimə belə bir fikir söylədi ki, ədəbi əsərlər tərcümə olunduqda onların gözəlliyinin böyük hissəsi aradan gedir. Həmçinin, müəllimə əlavə etdi ki, poeziyanı tərcümə etmək isə çox çətindir. Həmin o gündən mənim yeni bir arzum peyda oldu. Mən istəyirəm ki, həmişə sevdiyim bədii əsərlər məndə orijinal variantlarında olsun. Mən bu dilləri öyrənməklə, həmin kitabları orijinaldan oxuyaraq, onların əsl gözəlliklərini duymaq istəyirəm.
        Mən həmçinin, başqa ölkələr və onların mədəniyyəti haqda oxumağı xoşlayıram. Xarici insanların, bizdən fərqli olanların nə düşündüklərini bilmək necə də maraqlıdır!
        Beləliklə, bir neçə səbəbə görə mən tərcüməçi olmaq istəyirəm. Bu çox maraqlı bir peşədir, tərcüməçi həmişə müxtəlif ölkələrin vətəndaşları və mədəniyyətləri ilə təmasda olur, onlar haqqında çoxlu bilgilər əldə etmək imkanı olur. Bundan əlavə, bu peşə çox faydalıdır, belə ki, müxtəlif insanların bir-birini başa düşməsində yardımçı olur.
Top