(Nizami)
Bu dünyada dosta və yaxınlara sevgi ilə baxmaqdan
daha böyük sevinc yoxdur. Bu həyatda yaxın dostlardan
ayrılıqda qalmaqdan daha böyük ağrı yoxdur.
(Rudəki)

        Dostluq hər bir insanın həyatında çox mühüm bir rol oynayır. Bəzən elə bir an və vəziyyət yaranır ki, kiminləsə dərdini bölüşmək istəyirsən, məsləhətləşmək istəyirsən və yaxud, sadəcə olaraq söhbət etmək istəyirsən. O insan həqiqətən xoşbəxtdir ki, həyatda yaranan ən çətin vaxtında köməyinə çatan bir dosta malik olsun. Lakin dost yalnız şərdə lazım olmur, dostunun, həmçinin xeyirdə də yanında olduğunu istəyirsən ki, onunla öz sevincini bölüşəsən.
        Dost elə bir insandır ki, ona hər zaman güvənə bilərsən. Bilirsən ki, o səni heç zaman darda qoymaz, səni pis vaxtında atmaz və həm çətin anlarında, həm xoş günlərində səni dəstəkləyər və yanında olar. Axı, əbəs yerə söyləməmişlər ki, dostla bölüşdürülən dərd-sər yarımdərddir. Dostun marağını öz maraqlarından üstün tutmalısan.
        Dostluq - ilk növbədə səmimiyyətdir və dostunun səhvlərini ona demək lazımdır. Adətən, insanlara onların səhvlərini dedikdə, xoşlarına gəlmir. Lakin, gərək öz dostunun səhvlərini onun üzünə deyəsən ki, o, bir daha onu təkrarlamasın.
        Əsl dostluq əsasən bir-biri ilə qarşılıqlı hörmətə, canıyananlığa, qayğıkeşliyə və başqasının uğurlarına pis paxıllıq hissinin olmamasına dayanır.
        Mən hesab edirəm ki, həyatda mənim dost cəhətdən bəxtim gətirib, belə ki, mənim çox yaxşı və sadiq dostlarım var və mən onlarla öz asudə vaxtımı keçirə bilirəm. Biz birgə parka, kinoya, səfərə çıxır, yeni oxuduğumuz kitablar və baxdığımız filmlər haqqında öz təəssüratlarımızı bölüşürük. Baxmayaraq ki, mənim dostlarımdan bir çoxu müxtəlif şəhərlərə köçmüşlər, mən onları hər zamanın xatırlayıram və onlar da məni yaddan çıxarmırlar. Biz daima yazışırıq və yeni xəbərlərlə bir-birimiz ilə bölüşürük.
        Həqiqi dostluq zamanla sınanır və möhkəmlənir.
        Dostluq haqqında çoxlu sayda atalar sözləri, deyimlər və məsəllər vardır. «Tənha yaşayan insan yalnız yarımçıq mövcuddur», «Bircə dənə də həqiqi dostun yoxdursa, yaşamağa dəyməz», «insanlara müdriklikdən sonra edilən ən gözəl hədiyyə - dostluqdur».
        Mən bütün insanlara möhkəm dostluq diləyirəm və istəyirəm ki, insanlar heç zaman öz dostlarını itirməsinlər və dostluğun qədrini bilsinlər.
Top