İnsan həyatı elə qurulub ki, hər bir insanın həqiqi, etibar edə biləcəyi dosta ehtiyacı var. Sadiq dost elə bir dəyərli tapıntıdır ki, ondan imtina etməyə dəyməz.
Dost elə bir insandır ki, sənin çətin anlarında hər zaman yardımına gəlməyə səfərbərdir. Onun köməyi təmənnasız və səmimi qəlbdən edilir.
Həqiqi dosta ən məhrəm, gizli sirrlərini etibar edə bilirsən, ona qəlbini aça bilirsən və ünsiyyətdən rahatlıq taparsan. Dostlar arasında münasibət qarşılıqlı anlaşma, etibar və ümumi maraqlar əsasında qurulur.
Həqiqi dost bir havadır, insan üçün bir nəfəslikdir. Əgər elə bir dostun varsa o zaman sən həyatda tənha deyilsən.
Yoldaşın çox ola bilər, lakin həqiqi dost bir dənədir. Lakin elə bir insanlar var ki, onların dostları yoxdur.
Dosta malik olmayan insan - daşürəkli, qəddar, paxıl, qəzəbli və tənha bir insandır.
O, həyatda bir çox şey itirmişdir. Həyatda onun kimi düşünən və eyni ruhiyyəli bir insan ilə ünsiyyəti və anlamanı itirir. Belə bir insanın dostu - tənhalıqdır, onu sanki qurd ağacı içindən yeyən kimi yeyir. Tənha adama acıyırsan, ona yazığın gəlir, çünki onun ruhu yavaş-yavaş məhv olur. insanın ruhu, məhrum olduğu ünsiyyəti tələb edir. Bu ruhda ətraf mühitdə baş verən hər bir şey yığılır, lakin xaricə çıxmır. Insanın qəlbi daşlaşır, O, yazıq və rəzil vəziyyətə düşür. Bu səbəbdən insanın həyatda dosta malik olması zəruridir.