(Nizami)
        Hamımız bilirik ki, bu həyatda dostsuz yaşamaq mümkün deyil. Çünki dostlar bizim həyatımıza xoş rənglər qatırlar. Əgər sənin dostun varsa, demək sənin ömür yolun sənin üçün, düz yol üzərində bir gəzintiyə bənzəyəcək. Biz elə bir zaman və məkanda yaşayırıq ki, burada dostsuz nə əmək fəaliyyəti nə də ki, insanlararası ünsiyyət mədəniyyəti ola bilər. Insanın dostu olmayanda onun nə firavan həyatı, nə asudə vaxtı vardır, qısa desək, onun heç bir şeyi yoxdur.
        Mənim yadıma gəlir, anamın ən yaxşı rəfiqələri onun məktəb illərindəki sinif yoldaşları idi, atamın isə onun gənclik dövründə olan dostları. Ildən-ilə dost tapmaq getdikcə çətinləşir. Məhz cavanlıq dövründə nəinki insanın özü, həmçinin onun bütün həyatı və ətraf mühiti formalaşır. Əgər insan doğru dost seçərsə o zaman həyatda daha rahat yaşaya biləcək, daha asan çətinliyi və xoş məqamları keçirə biləcək. Dostunla bölüşmədiyin sevinc - sevinc deyil.
        Əgər dostluğun heç bir xeyri olmasaydı, o zaman dünya şairləri və yazıçıları dostluq və dostlar haqqında əsərlər yaratmazdılar. Dünyada mövcud olan atalar sözləri və deyimləri məhz dostluq haqqında deyilmişdir. Azərbaycanın dost haqqında bir atalar sözü var, yəqin ki, hamımız bununla razılaşarıq: «Yaxşı dost, qardaşdan da yaxındır». Həqiqətən də yaxşı dostda çox yaxın qohum tapmaq olar, misal üçün yaxşı dost sənə ya qardaş, ya da bacı ola bilər. Ərəb atalar sözlərində dostu belə təsvir edirlər: «Çətin anında dost dada çatar». Gürcü atalar sözü isə belə deyir: «Ağac kökləri ilə güclənir, insan isə dostları ilə». Dostu çox olan insan çox varlı, güclü və əlbəttə ki, xeyirxahdır.
        Yaxşı dostlar sənin çətin anında dadına çatar, sənə kömək edər. Bir şeylə razılaşmamaq olmaz ki, bizim bütün günümüz dostlar ətrafında, cəmiyyətlə təmasdan keçir. Biz dostlarımızla məktəbdə, küçədə və müxtəlif yerlərdə görüşürük. Yaxşı dost hər zaman səni başa düşəcək, çətin vaxtlarında səni rahatlığa qovuşdurar, sənin fikirlərini dəstəkləyər, təhsilinə kömək edər, bir sözlə, sənə çoxlu yaxşılıqlar edər.
        Dostu olmayan insan qanadsız bir quşa bənzəyir, başsız bədənə oxşayır. Əgər insan dostlarına hörmət edirsə demək ki, o, özünə də hörmət edir.
Top