(Nizami)
        İnsan həm cisimdən, həm də ruhdan ibarətdir. İnsan həyatının mövcudiyyətinin əsas faktorlarından, əsas şərtlərindən olan, onun idrakı, mənəviyyatı və ruhudur. Ruh insanın daxili, şəxsi, təkrarolunmaz halıdır. Bir kasıb kəndlidən soruşurlar: «lnsan ruhu nədir?» O, cavab verdi ki, ruh - bir insanın qəlbində digər bir insan üçün gqşənin olmasıdır. Bəlkə biz elə bu səbəbdən, hər hansısa insanı daşürəkli adlandıranda, biz, rəhimsiz, başqasının sevincinə kədərlənən, kədərinə isə sevinən, qəddar, insanlara əziyyət verməkdən həzz alanları nəzərdə tuturuq. Tez, ya da gec bu cür insanlar öz cəzalarına çatacaqlar: bütün insanlar onlardan üz döndərəcək, necə ki, M.Qorkinin qəhrəmanı Larradan üz döndərdilər və o, hamıya qarşı laqeyd olduğuna görə, dünyadan tənha bir insan kimi köçür. İnsan üçün ən ağır cəza - tənhalıqdır.
        Ən kiçik yaşlarımızdan, məktəb illərindən başlayaraq və ömrümüzün axırına kimi biz insanlarla ünsiyyətdə oluruq. Hər bir insan üçün yaxşı, sadiq və etibarlı dostun olmasına ehtiyac var. Əbəs yerə söyləməmişlər ki, dost dar gündə tanınar. Dostluqda ən mühüm amil dostlararası ünsiyyətdə sadiqliyin və etibarlılığın olmasıdır. Və belə bir halda dostu olmayan insan zaman keçdikcə özünə qapanır, onda komplekslər əmələ gəlir və öz həyatına həmçinin yaşadığı cəmiyyətə qarşı qeyzlənmiş olur. Lakin sadiq dostu olan insan isə hər zaman dostuna güvənə bilər, onunla öz sevincini və kədərini bölüşə bilər.
        İnsanların bir-birinə qarşı rəhimli olması, sevgi ilə rəftar etməsi, alicənablıq nümayiş etdirməsi yazılmamış qanun kimi mövcuddur. Azərbaycan alimi, maarifçi, şair Abbasqulu Ağa Bakıxanov demişdir: «özünə qıymadığını başqasına da qıyma». Bu deyim hər bir zaman həqiqət olaraq qalacaq. Bu kəlamı hələ XIV əsr əvvəl Məhəmməd peyğəmbər söyləmişdir: «özünə rəva bilmədiyini, başqasına da bilmə».
        Dostlar bizim həyatımızı çox asanlaşdırır, bizim həyatımıza sevinc və şən rənglər qatırlar. Insan ruhu elə bir çiçəkdir ki, onu qayğı və isti münasibətlər ətrafını saranda daha da parlaq olur. Mənəviyyatla dolu olan həyat, hər zaman «mən və sən», «biz və onlar» münasibətlərində təzahür edilir.
        Məhz həqiqi dost, dostuna xatir öz canından belə keçər.
        Həqiqi dostluq, insanlar arasında olan ünsiyyətin daxili gözəlliyində öz təzahürünü tapır. Nəzakət, təmkinlilik, güzəştə getməyi bacarmaq, gülərüzlük, xeyirxahlıq, dostuna qulaq asmağı bacarmaq və onun fikirlərini anlamağa çalışmaq, onun zövqünə, düşüncələrinə, maraqlarına, əhvaliruhiyyəsinə hörmətlə yanaşmaq, onun sevincini və kədərini anlamaq, dostu barəsində qayğı nümayiş etdirmək və onun kədərini bölüşmək və bu qəbildən olan qaydalar həqiqi dostluğun əlamətləridir. Hamı bu qaydaları bilməlidir. Çünki biz insanlar arasında yaşayırıq, bizim həyatımız və müqəddəratımız, birbaşa olaraq onların həyatı və müqəddəratından asılıdır. Bu müdrik sözlərin həyatı mənası çox böyükdür: hər bir insan digər insanın maraqlarını nəzərə almalıdır, ona hörmət etməli, ona qayğı ilə yanaşmalı, bilməlidir ki, digər insanların həyatı sağlamlığına, xoşbəxtliyinə, bir sözlə desək, onun müqəddəratına görə məsuliyyət daşıyır. Bunsuz həqiqi ünsiyyət və ən möhkəm dostluq mövcud deyil və ola da bilməz.
Top