(Nizami) (5)
 
Bircə dənə də olsa həqiqi dostu olmayan
insanın yaşamağına dəyməz
Demokrit
        Mən dahi Nizaminin fikri ilə tamamilə razıyam. Həqiqətən də insan yaşadığı müddətdə dostsuz ola bilmir, belə ki, xeyirxah dosta malik olmaq böyük bir nemətdir.
        İnsanlara müdriklikdən sonra edilən ən gözəl hədiyyə - dostluqdur. Dost və dostluq. Necə də bu sözlərdə dərin mənalar həkk edilib. Dost - sədaqət, vəfadarlıq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək deməkdir. Həqiqi dost tapmaq çox çətindir, elə bir dost ki, səni başa düşsün, ona hər bir şeydə güvənə biləsən, ona sanki özünə inandığın kimi inanasan. Həqiqi dost həm çətinlikdə, həm sevincdə tanınır. Həqiqi dostlar o kəslərdir ki, onlar sanki «iki bədəndə bir ruhdur». Puşkin yazırdı: «Dünyada heç bir ilham və yaradıcılıq, heç bir əmək, heç bir şey həqiqi dostu əvəz edə bilməz». Və bununla da hər şey ehtiva olunur.
        Mən beş dost haqqında çox danışmayacam. Bu dostlar hər zaman bir yerdə olublar, hətta Qarabağa bütün beş nəfərin hamısı birdən gediblər. Bu dostlar Namiq, Vüqar, Samir, Əfqan və Azər Ələkbərovdur. Bu beş dostu Ağdərə rayonunun Çaylı kəndinin müdafiəsinə göndərdilər. Gecə rabitə kəsilmişdir. Lakin 9 iyunun 1991-ci ilin səhəri günü yardıma göndərilmiş xüsusi zirehli dəstə düşmən mühasirəsini yarıb kəndə daxil oldu. Kəndə daxil olarkən əsgərlər dostları bir yerdə tapdılar. Döyüşçülər güclə öz göz yaşlarını saxlayırdılar. Yalnız Azər hələ ağır da olsa nəfəs ala bilirdi. Yevlax xəstəxanasında özünə gələndə o, ilk növbədə dostlarına yardım etməyə çağırırdı, özünə isə güclü olduğu üçün ən axırda. O yalnız dostları haqqında düşünürdü, lakin əcəl çox güclü idi. Beş dostun beşini də yan-yana Şəhidlər xiyabanında dəfn etdilər.
        Vay o kəsin halına ki, onun dostu yoxdur. Bu tənhalıqdan betərdir. Heç kimlə bölüşə bilmirsən, görüşmürsən, heç kimə çətinliyində yardım edə bilmirsən. Düzünü desəm mən hələ bu cür insana rast gəlməmişəm. Mən yalnız bədii əsərlərdəki qəhrəmanları tanıyıram. Qriqoriy Peçorinin (M.Y.Lermontov «Bizim əsrin qəhrəmanı») dostu olmayıb, çünki o hesab edirdi ki, «iki dostdan biri o birisinin quludur». Bəs N.V.Qoqolun «Şinel» əsərindəki A.Başmaçkin isə necə? Onun ömrünün bütün mənası ondan oğurlanmış şineli almaqdan ibarət idi.
        Qəhrəman acımaya və təəssüfə məhkumdur. Bu yaxınlarda «Hər yaxşılığa görə ölüm» əsərini oxudum. Uşaqlar (onlar beş nəfər idilər) çox çətin vəziyyətə düşürlər. Onlar yağışlı havadan qurtulmaq üçün mağaraya girdilər. Lakin gecə zəlzələ baş verəndən sonra mağaraya giriş bağlandı və uşaqlar orada qapalı vəziyyətdə qaldılar. Onlar orada bir neçə gün keçirməli oldular. Bu müddətdə çaxnaşma, talaş, vəlvələ, vahimə, özünüitirmə, mübahisələr və davalar baş verdi. Yalnız Tahir, baş qəhrəman, özünü itirmədi və mağaradan çıxış yolunu tapdı. Bu cür dostla həm dağa, həm də döyüşə getmək olar. Belə dost səni darda qoymaz!
        Sədi yazırdı: «Həqiqi dost o kəsdir ki, yolda bütün çətinlikləri göstərər və bu çətinlikləri necə dəf etməyi öyrədər... Hər kəs səninlə səmimidirsə və haqla rəftar edir. O sənin həqiqi dostundur».
        Sözsüz mənim də dostlarım var. Mən onlara hər bir işdə etibar edirəm. Onlarla vaxt keçirmək çox maraqlıdır. Yaxşı dostu olmayan insan öz səhvlərini tanımaz.
        Əgər sən özünə qarşı pis münasibətin bəslənməsini istəmirsənsə, o zaman dostun olmalıdır. Və nə qədər çox olsa, bir o qədər daha yaxşı.
Top