Unutmamışıq. Unutmayacağıq. Xatırlayırıq.
O kəsləri ki, illər belə silə bilməz.
        İnsanlar hər zaman öz ölkələrinin tarixinə aid hər bir məsələyə məxsusi həssaslıqla yanaşmışlar. Bəşəriyyət ümumilikdə və hər bir vətəndaş ayrılıqda, tarixi irsindən məhrum olubsa, öz xalqının keçmişini unudubsa, demək o öz köklərini itirmişdir. Biz mütləq xatırlamalıyıq və bilməliyik ki, bizim xalqımız azadlıq və istiqlaliyyətini nəyin bahasına əldə etmişdir.
        Azərbaycan xalqı öz gələcək nəslinin firavan həyatı üçün uzun və kəşməkəşli yol keçmişdir. Qədim Odlar Yurdu bir çox sınaqlardan keçmişdir. Tarix boyu dəfələrlə bizim ölkəmiz qılıncların kəsişdiyi məkana çevrilirdi və güclü zərbələr alırdı. Elə bir şəhər və ya kənd olmaz ki, orada öz xalqı uğrunda canından keçmiş vətən oğullarının abidəsi ucalmasın. Bir çox yerlərdə Xiyabanlar salınmışdır. Bunlara el içində Şəhidlər xiyabanı deyirlər. Belə bir müqəddəs xiyabanlardan biri Bakının mərkəzində yerləşir - Dağüstü parkda. Şəhidlər xiyabanının girişində əbədi od yanır. Bu əbədi od yandıqca bizlərə ər oğullarımız Koroğlu, Mehdi Hüseynzadə, Həzi Aslanov, Çingiz Mustafayev, Salatın Əsgərova, Osman Mirzəyev, Tofiq ismayılov və minlərlə digər qəhrəmanlarımız barəsində əsərlər danışır, tarixi həqiqəti çatdırır.
        O kəslər ki, öz xalqının xoşbəxtliyi uğrunda canlarını qurban verdilər inanırdılar ki, onların hər damla al qanı sanki bir qığılcım kimi qaranlıq gecədə parıldayacaq və minlərlə cavan ürəkləri azadlıq şövqü ilə alışdıracaq. Şəhid olmuş vətən övladlarımızın hər damla qanında güc, qüdrət, xalqımızın qəhrəmanlığı və igidliyi, azadlıq və milli istiqlaliyyətə can atma həkk olunub.
        İllər keçsə belə, onilliklər keçsə belə, biz hər zaman Vətənin xilası uğrunda və firavan gələcəyimiz uğrunda öz canlarını fəda etmiş insanların xatirələrini əziz tutacayıq. Biz onların hər birinin qarşısında baş əyirik. Vətən və xalqımız öz qəhrəmanlarını heç zaman unutmayacaq. Onların adına yazıçılar əsərlər yazırlar, filmlər çəkilir, küçələr, meydanlar və məktəblər adlandırılır. Ölkəmiz öz şanlı oğullarını və qızlarını xatırlayır və tanıyır.

 
Ölkəmiz bütün qəhrəmanlarını tanıyır
Ağlamayın dostlar, analar,
Gəlin şəhidləri anaq,
Mənim ölkəm hər dərdə səbir edər
Gör nə qədər qəhrəmanı var.

        Bizim xalq heç zaman öz qəhrəmanlarını unutmayacaq. Xalqımızın ruh yüksəkliyi barədə və qorxmazlığı barədə elmi işlər, monoqrafiyalar, kitablar, poemalar yazılır, sənədli və bədii filmlər çəkilir. Baş vermiş qanlı səhnəli hadisələrin canlı şahidləri qəhrəmanlıq, mərdlik, dayanıqlılıq, mətanətlik və çətin vaxtlarda birləşməyin əhəmiyyətliyi barədə yüzlərlə rəvayətlər danışırlar.
        İnsanlar ikinci Dünya müharibəsi dövründə öz vətən övladlarımn etdiyi qəhrəmanlıqları xatırlayırlar. Müharibə zamanının qəhrəmanları - faşizmlə mübarizə aparan müxtəlif millətlərin nümayəndələri, bunlar: ruslar, ukraynalılar, beloruslar, polşalılar, fransızlar, italyanlar və bunlarla yanaşı, çiyin-çiyinə döyüşmüş bizim həmvətənlərimiz Mehdi Hüseynzadə, Ceyran Səfərova və digərləri. Uzaq sahillərdə italyan-yuqoslav müqavimət hərəkatının əfsanəvi iştirakçısı, Sovet ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni - Mixaylonu (onun silahdaşları belə çağırırdılar) bütün ölkə xatırlayır.
        Ceyranın göstərdiyi hünər də çox qiymətlidir. Onun və minlərlə digər internasionalist-vətənpərvərin verdiyi qurban fransızların gələcək azadlığı adına və müasir Fransanın adına böyük töhfə oldu.
        Xalqımız Xocalı və «qanlı» yanvar gecəsinin qəhrəmanlarını xatırlayır. Tofiq Xocalının ən layiqli və mərd oğullarından biri idi. O, qəhrəman kimi ömür sürüb və qəhrəman kimi də vəfat edib. O özünə Mixaylo adı qazanmışdı, hamı ona Xocalı Mixaylo deyirdi. Tanrı Xocalıya minlərlə belə «Mixaylo»lar bağışlamışdı. Daha doğrusunu desək xocalı faciəsi, xocalı bəlası bu cür «Mixaylo»ların yaranmasına səbəb oldu...
        Tofiq Hüseynov Xocalıdan son dəstəni çıxararkən düşmən mühasirəsinə düşdü. Lakin o heç cür düşmən əsirliyində ölmək istəmirdi. Tofiq Xocalının yüzlərlə digər qəhrəman oğulları ilə birgə döyüş rəşadəti ilə ölümsüzlüyə addım atdılar.
        Qəhrəmanları xatırlamaq, tanımaq, yada salmaq, onlar haqqında danışmaq bizim müqəddəs borcumuzdur. Burada əsas amil mərd oğuliarın ruh yüksəkliyidir ki, oniar öz əməlləri ilə ölməzliyini sübuta yetirmişlər və bununla da gələcək nəsillərə nümunə olmuşlar.
Top