Həyat nə zarafat nə də oyuncaqdır
Həyat hətta ləzzət deyil
Həyat - gərgin bir əməkdir.
I.S.Turgenev
İnsan həyatının bünövrəsində əmək durur. Yalnız əmək üzərində qurulan həyat məntiqlidir və elə buna görə də realdır. Lakin avara, tənbəl insanların həyatı qeyri-realdır, xəyal və xülyadır. Bu qəbildən olan həyatın bünövrəsində sağlam bir nəticə ola bilməz.
Əgər insan hər hansısa bir işlə məşğul olursa o zaman gərək bu insan gördüyü işi mükəmməl bilməlidir, işinin bütün incəliklərini öyrənməlidir və vicdanla işləməlidir. Insan hər zaman xatırlamalıdır ki, onun həyata keçirdiyi əməyin nəticəsindən digər insanlar bəhrələnir. Insanlar hər hansısa bir işçiyə, ustaya onun gördüyü işin keyfiyyətinin nəticəsinə görə qiymət verirlər. Yaxşı ustalar, işçilər, güclü mütəxəssislər, həkimlər, mühəndislər, saatsazlar və digərləri nəinki nə etdikləri haqqında düşünməlidirlər, onlar həmçinin, necə işlədikləri haqqında, gördükləri işin keyfiyyəti haqqında, insanların bu işlərin nəticələrindən qane qalıb qalmayacaqları haqqında da mütləq düşünməlidir. Çünki pis və məsuliyyətsiz görülən iş insanların əhvali-ruhiyyəsinə çox mənfı təsir göstərir. Pis əmək fəaliyyəti ilə biz nəinki heç bir xeyir götürmürük, biz hətta, ətraf mühitimizə, cəmiyyətimizə və bütün insanlara ziyan vurmuş oluruq.
Gəlin bir anlığına da olsa özümüzə bir çörəkçini təsəvvür edək ki, onun insanlardan zəhləsi gedir, pis işləyir, çörəkxanada təmizliyə riayət etmir və ümumiyyətlə, çörək bişirilmədən anlayışı yoxdur. Və yaxud təsəvvür edin, əczaçı dərmanların düzəldilməsində diqqətsizliyə yol versə, biz hansı hala düşərdik? Bəs uşaq bağçalarında, internat evlərində, yeməkxanalarda, mağazalarda, xəstəxanalarda, qocalar evlərində çalışan insanlar necə olmalıdırlar? Cəmiyyətimizdə elə bir insan yoxdur ki, o digər insanlardan asılı olmasın və ya onlarla əlaqədə olmasın. Əgər bizim hamımız məsuliyyətsiz və pis işləsək o zaman respublikamız inkişaf edə bilməyəcək və biz bütün dünya ölkələrindən geri qalacayıq. Geridə qalanlara isə necə münasibətin bəsləndiyini biz artıq məktəb illərində təcrübəmizdən keçirmişik.
Maksim Qorki yazırdı: «Dünyada ən gözəl şey böyük insan əməyinin nəticəsindən yaradılandır». Bu deyim əsrlər boyu aktualdır. Bu gün hər bir insan əmək fəaliyyətində çox fəal olmalıdır. Atalar doğru demişlər: «Əməksiz yemək olmaz».
Bu həqiqətən də belədir, çünki əmək bizim həyatımızın bünövrəsidir. istənilən insan öz həyatında hər hansısa bir məqsəd qoyubsa, demək bu məqsədə çatmaq üçün o çox şey etməlidir. Çünki yalnız əmək insan həyatını mənalı və real edir. Bu səbəbdən heç kim ağlından belə keçirmir: «mənə çalışmaq lazımdır?», belə ki, cavabı aydındır.
Ölkəmizin gələcəyi bizim özümüzdən asılıdır, bizim insaflı işimizdən, gördüyümüz işin səmərəliliyindən, hər birimizin məsuliyyətli yanaşmamızdan da asılıdır. Biz Vətənimizi sevməliyik və onun çiçəklənməsi üçün var gücümüzlə çalışmalıyıq.