Əmək - həyatın bünövrəsidir. Biz bilirik ki, çörək alın təri ilə əmələ gəlir, neft sərt şəraitdə Xəzərdən çıxarılır... İş - həyatı əhəmiyyətli funksiyadır ki, üç böyük fəlakətdən xilas edir: sıxıntıdan, nöqsandan və səfalətdən. Əgər əmək fəaliyyəti olmasaydı qızıl, gümüş, mis adi torpaqdan çıxan filiz kimi olardı. M.Qorki yazırdı: «ömrüm boyu mən həqiqi qəhrəman kimi çalışmağı sevən və bacaran insanları görmüşəm».
İnsan üçün ən gözəl və əziz onun canı və həyatıdır. Bunlar isə yorulmaz, müxtəlif əmək fəaliyyəti ilə dəstəklənir. Əgər insan bir anlığa belə olsa işləməyi dayandırsa o zaman onun həyatı da həmin an dayanmağa başlayır. Yalnız əmək kainatı kökündən dəyişir və daima insan mədəniyyətinin və həyatının bünövrəsi sayılıb.
Mən, zəhməti çox sevən və həyatının mənası sayan iki çox maraqlı şəxsiyyət haqqında danışmaq istərdim. Bunlardan biri Bakı şəhərinin keçmiş meri A.D.Ləmbəranskidir, digəri isə Azərbaycanın namuslu və zəhmətkeş oğlu, milyonçu Hacı Zeynalabdin Tağıyevdir.
A.D.Ləmbəranski həyatda çox çətinliklər görmüş, çox alicənab, ziyalı və mərd bir insan idi. O, Bakı şəhərinə bir canlı məxluqa, sanki öz evinə tək münasibət bəsləyirdi. O şəhərin nə vaxt şən olduğunu və ya kədərləndiyini, sağlam olduğunu və ya xəstələndiyini, incidiyini və ya təhqir olunduğunu yaxşı bilirdi. Ləmbəranski şəhərdə elə bir təkrarolunmaz atmosfer yaratmışdır ki, şəhərin sakinləri burada özlərini çox rahat hiss edirdilər və Bakıya çox bağlanırdılar. O piyadalar üçün səkilər inşa etdirdi. O zamanın zarafatcıl insanları kitab pasajından kinoteatr «Azərbaycan»a qədər olan küçəni «Bir təbəssümə bir milyon» adlandırmışlar. Onun zəhməti sayəsində şəhər əsarət zəncirindən xilas oldu, park və bağlarda olan dəmir hasarları və çəpərləri sökdürdü, dənizkənarı bulvarı yenidən qurdu. Hündür gözəl küçə fənərləri qurdurdu. Park və bağlarda skamya və oturacaqlar qoydurdu, Malakankada o vaxtın memarlıq üslubuna xas orijinal abidəli fontanlar inşa etdirdi. Təəssüflər olsun ki, Bakının müasir sahibləri bu gözəl nemətləri qoruyub saxlaya bilmədilər. A.D.Ləmbəranski şəhərdə saraylar, teatrlar, mehmanxanalar, Moskva prospektini, Bagırov körpüsünü, Qaqarin körpüsünü, dəniz vağzalını tikdirdi, qara şəhərlə şəhərin mərkəzini birləşdirdi. Opera teatrı necə də gözəldir! Əski opera teatrda yanğın baş verəndən sonra Ləmbəranski yenisini, əvvəlkindən daha gözəlini inşa etdirdi. O deyərdi: «Tağıyev teatrı mənim qu nəğməm və yetişdirməmdir». 1999-cu ildə bu teatrın açılışından sonra o vəfat etdi. Lakin onun izi qaldı, həm sevinc dolu, həm kədər dolu, sanki köhnə və itirməkdə olduğumuz Bakı kimi.
Hacı Zeynalabdin Tağıyev adi bənna idi. Bu müsəlman insan üçün də halal zəhmət həyatın əsas amillərindən bir idi. Bu adi bənna, milyonçu olandan sonra yaxşı ictimaiyyətçi olur. O, ilk növbədə «Kaspi» qəzetinin nəşrini təşkil edir. Bu qəzetdə həm ovaxtkı müsəlmanların nöqsanlarına toxunulur, həm də bu nöqsanların aradan qaldırılması yolları göstərilirdi. Bundan əlavə, o, kəndlərə gedir, məscidlərdə şəxsən çıxışlar edərək kəndliləri mədəniyyətə, savadlanmağa çağırırdı.
Hacı Zeynalabdin milyonçu Ağa Musa Nağıyevlə şərikli bank açır. Onların başlıca məqsədi, orta səviyyəli kommersantlara dayaq olmaq, onların müflisləşməsinə imkan verməmək idi. Hacının hesabına bir çox tələbələr təkcə Rusiyada yox, həm də Fransada oxuyub, ali təhsil almışdılar. O, indiki dəmiryolu idarəsinin binasını tikdirmiş və əsrlərdən bəri yaranmış xurafatçılığı dağıdarak azərbaycanlı qızlar üçün, pansionu olan qızlar gimnaziyasını açdırmışdı. Burada, müsəlmanların tələbinə görə, bütün tərbiyəçilər müsəlman qadınlar idi. Hacı Zeynalabdinin köməkliyi ilə Bakıda texniki-peşə məktəbi açıldı. O, azərbaycanlılara məsləhət görürdü ki, uşaqlarını bu məktəbə qoysunlar. Bakı mədənləri üçün vacib olan texniki təhsilə yiyələnsinlər. Hacı Zeynalabdin təkcə Azərbaycanda deyil, Peterburqda da bütün xeyriyyəçilik cəmiyyətlərində ilk xeyriyyəçilərdən biri idi.
Hacı Zeynalabdin Şamaxı yolunda həbsxana tikdirmişdi. işin mahiyyətini bilməyənlər onu həbsxana tikdirməkdə günahlandınrdılar. O, bu işi belə izah edirdi:
- Qubernator həbsxananı Nargin adasında tikdirmək istəyirdi. Mənim məhbusların qohumlarına yazığım gəldi. Onlar məhbusları il boyu, hətta qışın çovğununda, boranda da ziyarət edirlər. Bu qadınlara və uşaqlara kömək etmək qərarına gəldim. Şəhərdə, Şamaxı yolundakı dəyirmanımın yerində həbsxana tikdirməyə razılıq verdim. Ancaq, təşəkkür əvəzinə, mənə yaraşmayan narazılıq eşidirəm.
O, eyni zamanda 15 il Bakı Dairə məhkəməsi yanında fəxri hakim olmuşdu. Hacı Zeynalabdinin ardınca bütöv bir pleyada xeyriyyəçiliklə məşğul olurdu.
Hacı Zeynalabdin Tağıyev həqiqi mənada böyük şəxsiyyət idi. O, bütün ömrünü öz xalqı üçün yaşadı. Lakin ömrünün axınnda ateist kommunistlərin əlindən müflisləşmiş halda, Allahın dərgahına qovuşur. Hacı Zeynalabdin Tağıyev və A.D.Ləmbəranski xalqımızın layiqli övladları idilər. Onlar öz əməlləri və zəhmətləri ilə ölkəmizi tanıtdırıblar.