Mərhum Prezidentimiz Heydər Əliyev Azərbaycan gənclərinin qarşısındakı vəzifələrdən söhbət açaraq deyirdi: «Gənclərin qarşısında duran vəzifələr böyükdür. Ancaq əsas vəzifələrdən biri bundan ibarətdir ki, gərək gənclər həyatımızın bu çətinliklərinə baxmayaraq təhsillənsinlər.»
Təhsilimizi inkişaf etdirmək üçün məktəblərin, təhsil ocaqlarının, təhsil müəssisələrinin işinə daha çox qayğı və diqqəti nəzərə alaraq Ulu öndərimiz qeyd edirdi: «Yenə də deyirəm, bu iqtisadi, sosial çətinliklərə baxmayaraq, biz təhsili yaşatmalıyıq. Gənclər müstəqil bilik almalıdırlar, təhsillənməlidirlər.»
Elmimizin inkişaf etdirilməsində gənclərin rolunun əvəzsiz olduğunu vurğulayan Ulu öndər deyirdi ki, elmimizi siz gənclər inkişaf etdirəcəksiniz. Indiki alimlər etdiklərini etmişlər, amma elmimizin gələcəyi gənclərin əlindədir. Müstəqil Azərbaycanın gərək bundan çox, bundan güclü elmi potensialı olsun.
Bu gün də təhsilimizin inkişafı, təkmilləşməsi yolunda dövlət başçımız llham Əliyev cənabları durmadan böyük işlər görür. Dövlətimiz tərəfindən «Təhsil Qanunu» imzalanır, təhsilimizin inkişafı üçün təhsil ocaqları, təhsil müəssisələri təmir olunur, yenidən qurulub, inşa edilir.
Aqil insanlar «Təhsil xəzinədir» deyiblər. Demək, təhsil xəzinədirsə, əmək onun açarıdır. Yəni insanın əqli və fiziki bacarıqlarının məcmuu təhsillə əməyin birləşməsidir. Təhsil əməyə çevrilən zaman reallaşır, formalaşır və cəmiyyətin hansısa bir sahəsinə tətbiq olunur. Cəmiyyətə və dövlətə yararlı olur.
Həkimlik ixtisasına yiyələnmiş bir insan həkimlik fəaliyyəti ilə məşğul deyilsə, başqa sözlə, bu sahədə əmək vərdişinə yiyələnməmişsə onun təhsili yalnız kağız üzərindədir. Bu xəzinə açara çevrilib əmək fəaliyyəti ilə gerçəkləşər.
İnsan həyatı əməklə sıx bağlıdır. İnsan öyrəndiyi hər hansı bir sənəti və ya ixtisası nəzəri cəhətdən nə qədər mükəmməl və kamil bilsə də əməksiz heç nəyə nail ola bilməz.
Ali təhsil ocağını layiqincə bitirmiş bir pedaqoq, müəllimlik ixtisasında olan şəxs nə qədər ki, müəllimlik fəaliyyətində deyil, onun təhsili, yəni xəzinəsi (açara çevrilməyib) hələ açılmayıb.
Təhsil əməklə birləşdikdə faydalı olur, cəmiyyətə, millətə xidmət edir.
Fikrimi dahi Heydər Əliyevin məşhur bir nitqi ilə ifadə etmək istəyirəm.
«Ancaq ümumi çətinliklər nə qədər çox olsa da biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha çox istifadə etməliyik.»