Biz elmi-texniki tərəqqinin inqilabı əsrində yaşayırıq. Bu əsr elə bir əsrdir ki, bu zamanda cəmiyyətin inkişaf templəri, onun iqtisadi inkişafı bir başa olaraq bilik və elmdən asılıdır.
        Bilik bir gücdür.
        Bu ifadəni biz tez-tez eşidirik və bu ifadənin mənası ildən-ilə daha da güclənir.
        Hər birimizin həyatında elə bir an olub ki, ilk dəfə olaraq bir əlimizdə gül dəstəsi, digər əlimizdə isə çanta məktəbə oxuyub-öyrənməyə gəlmişik. Biz məktəbdən bilik aləminə ilk addımımızı atırıq. Zaman keçdikcə biz həyatımızı nəyə sərf etdiyimizi daha da dərindən dərk edirik və onun əhəmiyyətini anlayırıq.
        Elm öyrənmək böyük bir zəhmətdir. Və bu zəhmətin bütün nəticələri çox mühüm dərəcədə bir başa olaraq insanın zəhmətkeşliyindən və qabiliyyətlərindən asılıdır.
        Bu dünyada heç də hər şey asanlıqla əldə olunmur, məhz elə bu səbəbdən bəşər məktəb, orta ixtisas təhsil müəssisələri, texnikumlar, institutlar, litseylər, peşə məktəbləri və digər təhsil məktəbləri kimi lazımi ictimai müəssisələr tikir. Bəşəriyyətin uzun əsrlərdən bəri gələn təcrübəsi göstərir ki, ciddi fundamental bilgilərin əldə edilməsi üçün güclü təşfiq tələbə və ya şagirdin ətraf mühitində olan kollektivi və bu kollektivdə axırıncı olmamaq istəyidir.
        Hələ qədim zamanlarda olimpiyada və universiyadalar təşkil olunurdu. Bu qəbildən olan yarışlarda tələbə və şagirdlər özlərinin üstün bilik və qabiliyyətlərini nümayiş etdirirdilər.
        Fundamental və dəyərli bilgilərin əldə edilməsindən danışarkən əsas amillərdən biri olan müəllim əməyindən danışmamaq olmur. Ən qədim zamanlardan bu günə kimi bu peşə ən şərəfli peşələrdən biri kimi olaraq qalır. Xüsusi istedadlı şagirdlər olduğu kimi, eyni ilə xüsusi istedadlı qabiliyyətli müəllimlər də var. Belə müəllimlərin hüzurunda həm krallar, həm şahənşahlar, həm hersoq və vəzirlər, həm də kasıblar başlarını əyirdilər.
        Müasir elm və tərəqqi elə bir səviyyəyə gəlib çatmışdır ki, nə orta məktəb, nə də ali məktəb insana onun həyatının axırına kimi bütün bilik və elmi verə bilmir. Məhz buna görə biz hər bir yerdə müxtəlif yaşlarda insanlar görürük ki, onlar əllərində kitab, dərslik və ya da konspektlər vasitəsi ilə öz bilik və elmlərini artırırlar. Müxtəlif peşə mütəxəssisləri üçün xüsusi institutlar vardır ki, orada onlar təkmilləşdirmə kursları keçirlər. Yazıçı və şair, konstruktor və ya alim olmaq üçün geniş bilgilərə malik olmaq lazımdır.
        Bütün bunların hamısının təməlində əlbəttə ki, məktəbdə bizə verilən əsas fundamental elmlərin bünövrəsini mənimsəmək durur. Bütün kompleks elmlər öyrənilməsə o zaman insanın hər hansısa bir sahədə ciddi yaradıcılıq keyfiyyətlətini nümayiş etdirməsi və çalışması qeyri mümkündür.
Top