Bu sözləri bir mənalı olaraq dahi şəxsiyyət, əfsanəvi insan olan Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev haqqında işlətmək olar.
        Heydər Əliyev - Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır. O, neçə ömürlər bəs edən bir ömür yaşamışdır. Qarşılaşdığı bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız qalib kimi çıxmışdır.
        Heydər Əliyev totalitarizm labirintlərindən Azərbaycanı məharətlə və salamat çıxarmış, SSRİ dağıldıqdan sonra isə Azərbaycanın siyasi liderinin təcrübəsindən bir daha yararlandı.
        O, nəinki ölkədə stabilliyi bərqərar etdi, həmçinin, Azərbaycanı dünya arenasında sayılıb-seçilən ölkələr içərisinə çıxardı.
        Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1944-cü ildən orqan sistemlərində işə qəbul olunmuşdur. Sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, Azərbaycan Respublikası Kommunist partiyasının Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər kabinetinin sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. 1993-cü ilin oktyabr ayında müstəqil Azərbaycanın sayca üçüncü prezidenti seçilmişdir.
        Həqiqətən bu, Azərbaycan tarixinin böyük bir dövrüdür. Avtoritet, müdrik və uğurlu siyasətçi olan Heydər Əliyev 34 il məmləkətimizə rəhbərlik etmişdir.
        Heydər Əliyev çox zəhmətkeş bir şəxs idi. Onun iş günü 11-12 saat davam edirdi. O, gözəl natiq idi və heç bir çətinlik çəkmədən, qabaqcadan hazırlaşmadan hər hansı mövzu barəsində saatlarla danışa bilərdi. Heydər Əliyev qeyri-adi dözümə və polad əsəblərə malik idi. 1985-1987-ci illər onun üçün ağır illər idi. Hakimiyyətə yiyələnmiş Mixail Qorbaçov Heydər Əliyevi sevmirdi və onu işdən uzaqlaşdırmaq üçün səhv axtarırdı. Bu ağır şəraitdə Heydər Əliyev dəqiqliklə öz işini yerinə yetirir və öz siyasi rəqiblərinə heç bir imkan yaratmırdı ki, onda hər hansı səhv tutsunlar.
        İkinci dəfə hakimiyyətə yiyələndikdən sonra o, Azərbaycanın müstəqilliyi üçün bir çox işlər gördü. Vətəndaş müharibəsinə sürüklənmiş ölkəni xilas edən Heydər Əliyev məmləkətə tarixi perspektiv bəxş etdi. Çəkdiyi bu zəhmətlərə görə, yəqin ki, onun ardıcılları onun ölkə siyasətində yerini Türkiyədə prezident olmuş Atatürklə, Fransada general Şarl de Qolla, Amerikada Ruzveltlə müqayisə edəcəklər.
        1993-cü ildə ölkədə siyasi böhran yarandığı vaxt, ölkəni bu vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə alan bir şəxs tapılmadı. Bu ağır işin öhdəsindən yalnız və yalnız Heydər Əliyev gələ bilərdi və gəldi də. Məhz buna görə də, Heydər Əliyevi XX əsrin ikinci yarısında yaşamış, dünyanın ən böyük siyasi xadimlərindən saymaq olar.
Top