İdman millətin qəlbidir
və o gərək sağlam ola
İdman dövlətin böyük bir qüvvəsidir və insanın, dövlətin həyatında böyük rol oynayır, belə ki, idman - həyat və sağlamlıqdır. Sağlam insan üçün hər bir şeyi etmək daha rahatdır. Bu planetdə hər şey onun əlləri ilə düzəldilmişdir, dünyanın yeddi möcüzəsindən tutmuş kosmik gəmilərə qədər.
Lakin, bu hələ son hədd deyil. Buna görə də istənilən ölkədə idmana böyük diqqətlə yanaşırlar.
Ölkənin hər yerində idman seksiyaları fəaliyyət göstərir. Bakı şəhərində «Azneft» meydanının yaxınlığında Əl Oyunları sarayı vardır. Orada idman yarışları keçirilir. Tbilisi prospektində isə möhtəşəm idman-konsert kompleksi fəaliyyət göstərir. Bu böyük idman sarayında müxtəlif növlərdə idman yarışları keçirilir.
Bizim hər birimiz anlayırıq ki, millət gərək sağlam, qüvvətli və güclü olsun. Bunsuz biz yaşaya bilmərik, xüsusən Qarabağ müharibəsi şəraitində. Ordumuz gərək qüvvətli olsun. Ona görə də hərbi hissələrdə və hərbi məktəblərdə bədən tərbiyəsinə böyük diqqət yetirirlər. Gündəlik qaçış, 100-500 metr uzunluqda kroslar, qışda və yayda turnikdə məşğələlər və s. - bütün bunların nəticəsində zəif uşaqlar sağlam bir cavana çevrilir. 26 iyun - ordunun yaranma günündə onlara tamaşa etmək gözəldir. Biz bütün xalqlara sübut etməliyik ki, Azərbaycan milləti güclü və sağlam millətdir və heç kimin onu diz çökdürməyə qüdrəti çatmaz. Bu fədakarlıq və əzmkarlıq yolunda biz minlərlə şəhidlər vermişik. Gərək biz, öz respublikamızın müstəqilliyini qoruyaq. Buna görə də hər bir kəs öz sağlamlığının qayğısına qalmalıdır.
Mənim həyatımda idman az rol oynamır. Mən sağlam və dözümlü olmaq istəyirəm. Səhərlər gimnastika edirəm, həyətdə qaçıram. Istəyirəm bədənim həmişə sağlam qalsın, əzələlərimin enerji və qüvvəsini hiss edim.
Son illər ərzində, demək olar ki, respublika idmançıları hər idman növü üzrə fərqlənmişlər. Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında həmyerlilərimiz çoxlu sayda qızıl, gümüş və bürünc medallara sahib çıxmışlar. Azərbaycanın boks komandası daim müxtəlif çempionatlarda yüksək yerlərə layiq görülür. 57 kq çəki dərəcəsində Dünya Kubokunun fəxri kürsünün yüksək pilləsinə Rövşən Hüseynov layiq görülmüşdür. Sərbəst güləş üzrə Azərbaycanın yığma komandası Avropada lider mövqeyini tutur. Bizim fəxr etməyə haqqımız var, komandamızın üzvləri bütün komplektlər üzrə nəticələr əldə etmişlər - qızıl, gümüş və bürünc. Baş məqşçi Y.Məmmədov öz yetirmələrindən çox razıdır. Həndbol üzrə beynəlxalq çempionatda bizim millimiz uğurlu start etmişdir. Stend atacılığı üzrə olimpiya çempionu Zemfira Məftahəddinova Avropa çempionu oldu.
Yunan-Roma güləş növü üzrə gənclərdən ibarət komandamız beynəlxalq turnirdə uğurlu iştirak etmişdir. Onlar qızıl, gümüş və bürünc medallara layiq görülmüşlər. Mən öz çempionlarımızla fəxr edir və onlarla birgə sevinirəm. Biz hər birimiz yaşadığımız məmləkətin zərrələriyik. Hamımız müəyyən qədər fəaliyyət göstərməklə bütün dünyaya sübut etməliyik ki, biz sağlam millətik. Bunun üçün də idmanla məşğul olmaq lazımdır.