Məktəb - xalqın mənəvi beşiyidir. Məktəbdə tək yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirlər. Məktəbdə, həmçinin yaşamağı öyrədirlər. Dövlət məktəblərə nə qədər çox qayğı göstərirsə, onun gələcəyi bir o qədər də parlaq olacaqdır. Şagirdlər sadəcə bir toplaşmış uşaq toplaşması deyil, onlar orqanik qanunlarla yaşayan və inkişaf prosesini keçən uşaq icmasını təmsil edirlər. Məktəbdə Vətənin çoxəsrlik mədəniyyəti yaşayır.
        Mən sizə, doqquz il oxuduğum doğma məktəbim haqqında söhbət açacağam. O mənə əziz və yaxındır. ilk dəfə mən məktəbin kandarını birinci sinifdə adlamışam. Onda, məktəb mənə çox nəhəng görsənmişdi. Anam mənə belə söylədi: «Burada sən, bütün fənlər üzrə təhsil alacaqsan». Həqiqətən də, doqquz il təhsil müddəti ərzində mən çox şeyləri öyrəndim.           Söhbət açdığım 236 saylı orta məktəb üçmərtəbəlidir. Məktəbimiz çöl tərəfdən yaraşıqsızdır, lakin buradakı məktəb illəri çox maraqlı və dinamik keçmişdir. Məktəbin birinci mərtəbəsində, məktəbin direktoru X.İmaməliyevin və məktəb həkiminin otağı yerləşir. Birinci mərtəbədə həmçinin, idman zalı, bufet və akt zalı vardır. Qarabağ müharibəsi zamanı şəhid olanların xatirəsinə həsr olunmuş guşə də birinci mərtəbədə yerləşir. Lövhədə asılmış şəhid şəkilləri bizə baxaraq sanki deyirlər: «Məktəbinizi və dövlətinizi sevin, elmli və mənəviyyatlı olaraq məmləkətimizi çiçəklənən bir dövlətə çevirin, biz çatdıra bilmədiklərimizi, siz çatdırın». Şəhidlər bizim üçün qəhrəmanlıq və vətənpərvərlik təcəssümüdürlər.
        Kitabxana və müəllimlər otağı məktəbin ikinci mərtəbəsindədir. Sinif otaqları isə ikinci və üçüncü mərtəbədədir.
        Mən doqquzuncu sinifdə oxuyuram. Bizim sinif rəhbəri - riyaziyyat müəllimimizdir. O, çox ciddi müəllimdir. Həftədə bir dəfə tərbiyəvi saat keçirir, müxtəlif mövzulara toxunur və uşaqların digər fənlərdən necə oxumaqları ilə maraqlanır. Əlbəttə ki, hər şey həmişə öz qaydasında getmir. Məktəb bizə tək təhsil yox, həmçinin tərbiyə də verir.
        Dərsdən əlavə, biz müəllimlərimizlə konsertlərdə və muzeylərdə oluruq. Məsələn, biz bu yaxınlarda mumdan düzəldilmiş heykəllər sərgisində olmuşuq.
        Mənim məktəbdə çoxlu yaxşı dostlarım var və onlarla ünsiyyət saxlamaq mənə sevinc və mənəvi həzz bəxş edir.
        Elmlərə dərindən yiyələnmək üçün məktəb bizdən çox zəhmət tələb edir. Bu işin öhdəsindən isə hər adam gələ bilmir. Mən imkanım çatdığı qədər dərslərimə hazırlaşır və bacardığım qədər elmlərin siıiərinə yiyələnirəm.
        Hər bir dövlət üçün məktəb böyük rola malikdir. Savadlı insanlar olmadan elm və mədəniyyətin inkişafı - mümkünsüzdür. Buna görə də biz gərək yaxşı oxuyaq, bu şəkildə məktəbimizə öz təşəkkürümüzü bildirək. Bizim savadlandırılmağımızın yolunda əziyyət çəkən müəllimlərin əziyyətlərinin bada getməməsi üçün yaxşı oxumaq lazımdır.
        İnsanın məktəbə nə cür münasibət bəsləməsindən, onun daxili mədəniyyəti və xeyirxahlığı, öz millətinə sayğının hansı səviyyədə qiymətləndirməsindən nəticə çıxardılır. Məktəbə müqəddəs bir məkan kimi baxmaq və onu qoruyaraq gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Məktəb, həmişə millətin müdriklik ocağı olaraq qalır.
Top