Tarixən Azərbaycan oğul və qızlarının yaratdığı əsərlərl ilə tanınmışdır. Xalq, onların adlarını hörmətlə yad edir. Şəhərimizin küçələri ilə getsəniz, vətənin qəhrəman oğul və qızlarına qoyulmuş çoxsaylı abidələri görərsiniz.
        Füzuli küçəsindən keçdikdən sonra Azərbaycan Dram Teatrının qarşısına çıxırsan. Azdramanın qarşısında, öz əsərlərinin qəhrəmanlarının ətrafında Füzulinin əzəmətli heykəli qurulmuşdur. Bulvara gedən yolda daş kresloda gözəl şairəmiz Xurşudbanu Natəvan əyləşmişdir. Lakin biz, şəhərə qatarla gəlsəydik və vağzalyanı küçədən şəhərə çıxsaydıq, bizi təbəssümlə xalq şairi Səməd Vurğun qarşılayardı. Böyük heykəl onun adını daşıdığı parkda qurulmuşdur. Bağ çox gözəldir, hər tərəf yamyaşıldır, parkın içərisini gözəl fəvvarələr bəzəyir. Parkda çoxlu oturacaqlar quraşdırılmış və orada, güllərin ətrafında əyləşib istirahət etmək olar. Dahi şairin üzünə baxaraq onunla söhbət etmək olar, o isə sanki sənə baxaraq, sənin əməllərinə dəstək verir və ya səni danlayır. Səməd Vurğunun heykəli böyük qranit postamentdə ayaqüstə dayanmışdır. Postamentin üzərində, şairin təvəllüdü və dünyasını dəyişdiyi illər (1906-1956) və «Azərbaycan» şeirindən bir parça yazılmışdır.
        Heykəli şairə uyğun olaraq qəşəng düzəltmişlər. Böyük, bir az da qəmli və mənalı gözlər. Düz burun və enli qaşlar. Sanki, bu dəqiqə səninlə həyat barəsində söhbət edəcək. Elə bil ki, o hər yoldan ötənə baxaraq buyurur: «Ey insan, həyatı, vətəni və milləti sev, yaxşılıq edərək Azərbaycanı çiçəklənən diyara çevir...». Sanki o, pyedestaldan düşərək doğma şəhəri gəzəcək, asta-asta addımlayaraq müasir şəhərin həyatı ilə tanış oiacaqdır. Lakin, bu yalnız heykəldir və o, bunu edə bilməz. Onun əynində pencək və qabağı açılmış plaş vardır. Əlinin birini sinəsinə sıxmış şair, sanki bununla Vətənə sevgisini təzahür etdirir. Hündürboylu, vüqarlı, azad və aydın fikirlidir.
        Səməd Vurğun ürəklə və eşqlə yaşayıb-yaratmışdır. O bəzilərindən fərqli olaraq, həyatı ağ-qara rənglərdə görmürdü və qələm yoldaşlarına həyatda bir çox gözəllikləri sezib vəsf etməyi məsləhət görürdü.
        Söylədiyimiz kimi, bu müsbət keyfiyyətlərin təzahürü kimi, heykəltəraş yaratdığı əsəri çox vüqarlı və təfəkkür edən insan kimi təqdim etmişdir. Heykəlin qarşısında dayanaraq onun keçdiyi həyat yolundan bir səhifəni xatırladım. Şair Qazaxda dünyaya göz açıb böyümüşdür. Onun uşaqlıq illəri ağır şəraitdə keçmişdir. Uşaq yaşlarından o, şairlik mənbələrini yaddaşında bəsləyərək, xalq və klassik ədəbiyyatına yiyələnmişdir.
        Səməd Vurğun şeir, poema, pyes və şeirlə roman yazırdı («Komsomol poeması»).
        Həmçinin o, çox gözəl tərcüməçi idi. A.Puşkinin «Yevgeni Onegin» və M.Qorkinin «Qız və ölüm» əsərlərini o, Azərbaycan dilinə tərcümə etmişdir. 1956-cı ildə şairin 50 illik yubileyi münasibətilə ona Azərbaycanın xalq şairi fəxri adı verilmişdir.
        Hər il may ayının 27-si, onun ad günündə, şairin sənətinin aşiqləri onun heykəli ətrafında yığışır və şairə olan ümumxalq məhəbbətini ifadə edən çıxışlar edirlər. Və əlbəttə ki, onun şah əsəri olan «Azərbaycan» şeirini oxuyurlar.
        Dahi və sevimli şairin abidəsinin yanında dayandıqda mən bunları yad etdim və bu formada qələmə aldım.
Top