Artıq on beş ildən çoxdur ki, mənim doğma Azərbaycanım qonşu Ermənistanla müharibə şəraitindədir. Bütün ağrılı hadisələr 1988-ci ildə başlamışdır. Insanların həyatı iki dövrə bölündü - müharibədən əvvəl və sonra. Qısa müddət ərzində on minlərlə və yüz minlərlə insanların dinc həyatına son qoyulmuş, onlar öz ata-baba torpaqlarından qovulmuş, bəziləri isə həlak olmuşlar.
        Qarabağ. Azərbaycanın ən görməli və gözəl guşələrindən biri siyasətçilərin və ayrı-ayn daşnakların fitnəsi nəticəsində geniş hərbi əməliyyatlar ərazisinə çevrildi.
        Şuşa - qədim Azərbaycan şəhəri, mədəniyyət və tarix beşiyi, görkəmli şairlər və bəstəkarlar diyarıdır. Təəssüf ki, Şuşa ermənilər tərəfindən 1992- ci il 8 may tarixində işğal olunmuşdur. Evlər və bağlar yandırılmış, tarixi abidələr məhv edilmiş, kəndlərin və qəsəbələrin tarixi adları yer üzündən silinmişdir.
        Ağdam, Laçın, Xocalı və digər yaşayış məntəqələri vəhşicəsinə işğala məruz qalmışdır.
        Qarabağ - sağalmayan və ağrılı bir yaradır, hər bir azərbaycanlının qəm yeridir. Şairlər və bəstəkarlar diyarı adlandırılan gözəl diyar, mahnılarda «cənnət-məkan» adı verilən qədim Şuşa artıq neçə illərdir xalqdan və Vətəndən uzaq, yad əllərə düşmüşdür.
        Neçə illər keçsə də belə, Şuşanın və digər yaşayış məntəqələrin qaytarılması məsələsi həll olunmamış qalır. Doğma diyardan və eveşiklərindən məhrum olmuş şəhər sakinləri çadırlarda və digər müvəqqəti yaşayış məntəqələrində yaşayaraq, tezliklə qayıtmaq arzusundadırlar. işğal olunmuş ərazilərdə yaşayış məntəqələrinin və mədəniyyət ocaqlarının tarixi adları dəyişdirilmiş və qondarma erməni adları verilmişdir. Demək olar ki, bütün səviyyələrdə Qarabağ münaqişəsinin həlli barədə danışıqlar aparılmışdır. Hər gün biz doğma Qarabağ haqqında qəzet və jurnal səhifələrindən oxuyur, televizorda o günlərin dəhşətli kadrlarını görürük.
        Dünya yeni əsrə və yeni minilliyə qədəm qoymuşdur. Biz, XXI əsrdə yaşayan nəsil, ata-babalanmızın etdiyi əməlləri davam etdirib, vətənimizi daha da çiçəkləndirməliyik. Tezliklə bizim diyarda sülh bərqərar edilməli və ya düşmənlər torpaqlarımızdan hərb gücünə qovulmalıdır.
        Dahi ispan rəssamı Paulo Pikkaso yazırdı: «Müharibə - millətlər və xalqlar arasında mühakimənin ən dəhşətli yoludur, və bununla da həm hakimi, həm də müttəhimi məhvə sürükləyir».
        Müharibədə qaliblər və ya məğlublar olmur, müharibə ilə tərəqqi və inkişaf əldə edilmir. Bu gün biz hamımız gələcəyə görə cavabdehik. Biz gərək bu müharibəni başa vuraq və doğma Qarabağı Azərbaycana qaytaraq.
Top