Mənim doğma şəhərimin parklarının birində qeyri-adi bir abidə qurulmuşdur. Bu abidəni tez-tez veteranlar, tələbələr və şagirdlər ziyarət etməyə gəlirlər. Bu abidə, ikinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş və həlak olmuş, əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin xatirəsinə həsr edilmişdir.
        Rixard Zorge və onun «Ramzan» adlı qrupu Yaponiyada fəaliyyət göstərirdi. Faşist Almaniyasının süqut etməsində və bəşəriyyətin işıqlı gələcəyi uğrunda şərəfli yolda Zorgenin böyük əməyi olmuşdur. Rixard Zorgenin həyatı və ölümü - gözəl insanın, mübariz əsgərin ölməz qəhrəmanlığıdır. Onun adı planetimizin milyonlarla insanının qəlbində yaşayır. Rixard
        Zorgenin göstərdiyi qəhrəmanlıqlar tarixin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Onun adı həmişə kəşfiyyatçıların örnək yeri olmuşdur. Mərhum kəşfiyyatçının xatirəsinə həsr edilmiş abidə 1981-ci ildə qurulmuşdur. Abidənin müəllifi Vladimir Yefimoviç Tsiqaldır.
        Abidənin quruluşu çox qeyri-adidir. Hündür qara qranit pyedestalda, tuncdan və qranitdən hazırlanmış yarımdairəvi abidə qurulmuşdur. Onun üzərində mübariz qəhrəmanın üzü həkk edilmişdir. Müəllif kəşfıyyatçının gözlərinə xüsusi diqqət vermişdir. Axşam, qaranlıq düşdükdə mübariz əsgərin gözləri işıqlanmağa başlayır. Mənə elə gəlir ki, heykəltaraş bununla, kəşfiyyatçı peşəsində gözün əsas əza olmasını diqqətə çəkir. Yəni şəraitdə baxaraq lazımi orieyentasiyanın tapılmasında gözlərin əvəzedilməz rolu var.
        Abidə ətraf landşaftla çox gözəl harmoniya təşkil edir. O, özünə diqqəti cəlb edir. Oradan keçdikdə, mütləq ayaq saxlayırsan və dahi həmyerlimizin ruhuna dua oxuyursan.
Top