Bəşər tarixində idman həmişə önəmli yerlərdən birini tutub. Ona olan maraq hələ qədim zamanlarda mövcud olmuşdur. Bizim eradan əvvəl 776- cı ildə Qədim Yunanıstanda idman yarışları keçirilmiş və onlar Olimpiya oyunları adlanırmışlar. Səfalı Peloponnes vadisində keçirilən Olimpiya oyunları yunanlar arasında böyük rəğbətə və marağa malik olmuşdu. Bu yarışlar dörd ildən bir, qədim yunanların «Olimpiya tanrısı» adlandırdığı Zevsin şəninə keçirdiiirdi. Buradan da onun adı əmələ gəlmişdir.
        Bu əzəmətli idman yarışlarında yunan atletləri müxtəlif idman növləri üzrə yarışlarda iştirak edirdilər: qaçış, hündürlüyə tullunma, disk tullama, yumruq davası, güləş və s. Yarışların qalibləri zeytun ağacından düzəldilmiş tacla təltif edilir və öz diyarını şöhrətləndirdiyinə görə vətənində ona heykəl qoyulurdu.
        Hazırki dövrdə də dünyada Olimpiya oyunları keçirilir. Dörd ildən bir dünyanın müxtəlif ölkələrində, ən güclü idmançılar özlərini sınamaq üçün Olimpiya yarışlarına qatılırlar.
        Biz hər birimiz dərk edirik ki, sağlamlıq bizə verilən ən böyük nemətlərdən biridir. Lakin bunun müqabilində biz bəzən ona etinasız yanaşırıq və onun qayğısına yalnız o zaman qalmağa başlayırıq ki, sağlamlığımız üçün gerçək təhlükə mövcud olsun. Buna görə də bunu bilmək zəruridir ki, biz idmanla məşğul olmaqla, gələcəkdə baş verə biləcək xəstəliklərə qarşı müəyyən bir immunitet hasil edirik.
        Mənə elə gəlir ki, idmanın sağlamlığa nə dərəcədə xeyirli olması haqda danışmağa ehtiyac yoxdur. Bu - çox aydın bir məsələdir. Bütün bunlara baxmayaraq, bir çox insanlar bunları bilə-bilə, bu məsələlərə etinasız yanaşırlar. Məsələn, iki nəfəri misal çəkək. Onlardan birisi sağlam həyat tərzi yaşayır, hər səhər gimnastika edir və qaçışla məşğul olur, bir sözlə idmanla məşğul olur. Digəri isə bütün bunlarla maraqlanmır. Şəhərdə qrip epidemiyası yayıldığı təqdirdə isə, bilinəcək bu iki şəxsin hansı xəstəliyə davam gətirəcək? Statistika göstərir ki, idmanla məşğul olan şəxslər, iki dəfə az xəstələnir. Buna görə də hər bir şəxs uşaq vaxtlarından idmanla məşğul olmağa öyrəşməlidir.
        Bizim dövrümüzdə sağlamlığa qulluq etmək üçün hər bir şərait yaradılmışdır. Azərbaycanda idmana böyük diqqət yetirilir. Son illər ərzində bizim ölkədə çoxlu sayda idman kompleksləri, stadionlar inşa edilmişdir. idman sahəsində bir çox böyük nailiyyətlər əldə edilmişdir. ölkəmizi təmsil edən voleybol komandası son illər çox gözəl çıxış edərək, müxtəlif yarışlarda fərqlənmişdir. Afina Olimpiadasında yunan-roma güləş növü üzrə iştirak edən Fərid Mansurov uğurla çıxış edərək, fəxri kürsünün ən yuxarı pilləsinə yiyələnmişdir. Bütün bunlar sübuta yetirir ki, Azərbaycan idman sahəsində ildən-ilə sürətlə inkişaf etməkdədir. idman - millətin sağlamlığıdır. Və bizim millətimizin güclü, sağlam və məğlubedilməz olması üçün gənclərimizin fiziki cəhətcə hazırlıqlı olmaları zəruridir. Bax belə olduqda, bizə heç kim qalib gələ bilməz.
Top