Bir dəfə mən dülgər əməyini müşahidə etmişəm, o, həyət evində it üçün taxtadan yuva tikməli idi.
        Dülgər işə başlamamışdan əvvəl bütün lazımi vəsaitləri yanına yığdı. Usta iş masasının üstünə rəndə, çəkic, mismarlar, mişar və metrəni düzdü. O, taxta parçalarına nəzər yetirdi. Onlar yonulmamış idilər. Rəndəni götürərək rəvan hərəkətlərlə taxtaları rəndələməyə başladı. Onun müntəzəm hərəkətləri, sanki rəndənin altında yağlı olduğunu zənnə çəkirdi. Rəndədən çıxan nazik taxta lentləri burularaq halqalanırdı.
        Taxta lövhələr hamarlandıqdan sonra, gələcək daxmanın ölçüləri müəyyən edildi. Lövhələri lazım olan ölçülər üzrə kəsdikdən sonra, dülgər yuvanın divarlarını düzəltdi. Divarları hazır olan daxmanın tavanını düzmək lazım idi. Qalan taxtalardan lazım olan bucaq üzrə bir neçəsini mişarla kəsdikdən sonra, usta asanlıqla yuvanın tavanını quraşdırdı.
        İş, ustanın əlində sanki top kimi oynayırdı. O, tez bir zamanda və rahatcasına it daxmasını düzəltdi. Dülgər öz əməyindən çox ləzzət alırdı, görünür o, öz sənətini çox sevirdi. Mən onun işini başdan-ayağa kimi izlədim və onun ustalığına valeh oldum. Onun əl işi mənim çox xoşuma gəldi. Bax belə insanlar haqqında demişlər: «lş ustadan qorxar».
Top