İ.Qolbax yazırdı: «insanlara xoşbəxtlik bəxş etmək, dünyada xoşbəxt olmaq üçün ən doğru yoldur». Yaxşılıq və xoşbəxtlik müxtəlif anlamlardır. İnsan ağıllı nəsihət verərkən, kiməsə yardım əli uzadarkən xoşbəxt olur. Biz xoşbəxt yaşamaq üçün yaradılmışıq, salamat mənzildə yaşamaq üçün, səyahətlər etmək üçün, gündə işə gedib gəlmək üçün, xeyirxah işlər görmək üçün və s. Lakin, bir çox hallarda biz bunun əksinin şahidi oluruq: insanlar bir-birilə müharibə edir, bir-birinin qanını içir və s. Əgər dünya xoşbəxt və sakit olarsa, onda insan da xeyirxah olacaqdır. Bizim başımız üzərində açıq və aydın mavi səma, yaz və payızda çiçəklənir və gözəlləşir, dərsə gedirik və bilik əldə edirik. Bu artıq bizim üçün xoşbəxtlik deməkdir. Amma kobudluq və mənəviyyatsızlıq bizi məyuslaşdırır. Hər addımbaşı ixtilaflar. Belə şəraitdə insanlar xoşbəxt ola bilərmi? Yox. Qarabağ müharibəsi bizim həyatımızı dəyişdirmişdir. 800 minə yaxın qaçqın evsiz qalaraq, çadırlarda məskunlaşmalı oldu. Qaçqınlara humanitar yardım göstərilmişdir. Bizlərdən hər biri bu insanlara yaxşılıq etməlidir. Bir çox hallarda insanlar biri-birinin kədərinə şərik olmurlar. Mən istəməzdim ki, təbii fəlakətlər, daşqınlar, müharibələr olsun. Gözəllik və yaxşılıq dünyanı xilas edəcək. Bunu dahi insanlar belə söyləmişlər. Yanğınsöndürən işləyən, olduqca xeyirxah bir insan haqqında söhbət açmaq istəyirəm. Bir dəfə onu çoxmərtəbəli evin damından özünü atmaq istəyən bir adamı oradan xilas etmək üçün çağırırlar. Suiqəsdçi düz divarın kənarında dayanırmış. Xilaskar, artıq köhnəlmiş və çürük bir nərdivanla onun yanına qalxır. Bir saatdan çox danışdıqdan sonra hər şey öz qaydasına düşür.
        Yanğınsöndürən öz ürəyinin xeyirxahlığı gücünə həmin insanı inandıra bilmişdir ki, özünü öldürmək böyük günah sayılır və bunu yalnız zəif insanlar edir.
        Görün Azərbaycanda nə qədər uşaq və qocalar evi, əlillər üçün xüsusi mərkəzlər vardır. Onlann hamısına mənəvi kömək lazımdır. Uşaqları tərəfindən atılmış valideynlər. Onlar öz övladlarına bu rəftara görə, heç də acıqlı deyillər, əksinə xoşbəxt ki, «övladlarının vəziyyətləri yaxşıdır». Məgər bu ədalətlidir? ö z valideynini kimsəsiz kimi qocalar evinə atan insanda heç vicdanmı olar? Belə övlad necə xöşbəxt ola bilər? İnsan qəlbinin rəhmli olması, bir cazibə kimi insanları özünə cəlb edir, kömək uman qəlblərə aramçılıq bəxş edir. Abbasqulu ağa Bakıxanov belə söyləmişdir: «Bir yaxşı iş gördükdə, bu əməldən iki dəfə sevinirsən: biri onu yerinə yetirəndə, digəri isə etdiyin əməlin bəhrəsini görəndə».
        Mən öz imkanım daxilində insanlara kömək edirəm. Bir kəs isə sevinc içində, uğur qazanan və problemləri həll olunmuş gördükdə, mən ürəkdən sevinirəm. Həqiqətən də başqasının sevincinə sevinmək, böyük xoşbəxtçilikdir.
Top