Bu günümüzə qədər gəlib çatmış, bütün qadağalara baxmayaraq yaşamış bir çox bayram vardır. Mənası «yeni gün» olan Novruz da belə bayramlardandır. Sovet tarixi illərində bu möhtəşəm bayram, uzun illər dövlət tərəfindən qadağan edilmişdi.
Novruz, İslam dini yaranmazdan əwəl meydana çıxmış və dini xarakter daşımamışdır. Onun simvollarından olan - od və su, atəşpərəstlik dövrünün əlamətlərini özündə daşıyır. Lakin müdrik və llahi din olan İslam dini gəldikdən sonra, məsum Peyğəmbərimiz bu bayramı bəyənmiş və təqdir etmişdir.
Təbiətin dəyişməsi, canlı aləmin oyanması, 21 martda gecə-gündüz bərabərliyi və s. hamısı yeni ilin gəlişindən xəbər verir. 1966-cı ildə xalqımızın qeyrətli oğlu Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı dövlət tərəfindən qeyd olunmağa başlandı. Yalnız 1991-ci ildən isə, bahar bayramı təqvimdə istirahət günü kimi qeyd olunmağa başlandı.
Novruzun gəlişinə qədər, yola salınan il hələ başa çatmamış, xalqımız yola salınan ilin son çərşənbələrini də bayram edir. Həmin gün evlərdə ailə üzvlərinin sayı qədər şamlar yandırılır. Məhəllələrdə və küçələrdə tonqallar yandırılır və şənlik qurulur. ilin ən son günü də bayram və şadyanalıqla qeyd edilir.
Beləliklə, Bahar bayramının piki olan Novruz günü gəlib çatır. Bu günə evlərdə çox ciddi hazırlaşırlar. Qadınlar evi təmizləyir və səliqə-sahman yaradırlar.
Yeni ilin ilk günü, insanlar sübh tezdən oyanaraq əl-üzlərini yuyurlar. Axı, su təmizlik və saflıq simvoludur.
Bayram süfrəsi böyük sevgi və məhəbbətlə hazırlanır. Süfrələrdə Novruzun simvolu olan səməni mütləq olmalıdır. O, məhsuldarlıq və sülhü simvolizə edir. Stolun üstü, müxtəlif şirniyyatlar, qoz, fındıq, meyvə qurusu ilə bəzədilmiş böyük xonça qoyulur. Müxtəlif rəngdə yumurtalar boyanır və bu da süfrəyə xüsusi gözəllik bəxş edir.
Axşam süfrə başına yığışmış ailə üzvləri bir-birini təbrik edir, həyatda xoşbəxtlik, uğur arzulayırlar, bayram süfrəsi qarşısında dünyasını dəyişənləri yad edir, onların ruhlarına Fatihə surəsi oxuyurlar.
Bahar bayramının belə adəti var ki, bayram süfrəsi nemətlərindən qohuma, qonşuya və dostlara hədiyyələr edilir. Süfrə nemətləri ilə bölüşməklə bu il ürəyiaçıq və xeyirxahlıq əlamətini təzahür etdirir, geniş qəlblilik mədəniyyətini qoruyub saxlayırlar.
Məhəllənin uşaqları papaq atır, kosa və keçəl bayram payı toplayıb şən şeir və nəğmələr söyləyirlər. Bütün evlərdə və obalarda bayram əhvaliruhiyyəsi hökm sürür, hətta daşlaşmış qəlblər belə yumşalır.
Bayram zamanı nişanlı olanlar biri-birini təbrik edir, bəyin ailəsi gəlinin ailəsinə çoxlu hədiyyələr, şirniyyat, geyim, ətriyyat göndərirlər. Bu qarşılıqlı şəkildə və təntənəli surətdə baş verir.
Azərbaycan xalqı insanlara sülh, əmin-amanlıq gətirən bu bayramın yenidən dövlət səviyyəsində bərpa olunmasından çox məmnundur.