«İş insanı ucaldır» - əsrlərin sınağından keçmiş atalar sözü. Əməyin insan sağlamlığına müsbət təsirindən hələ qədim dövrlərdən bəhs olunmuşdur. Nəticədə görkəmli rus fizioloqları İ.Seçenov və A.Uxtomski əməyin fiziologiyasının əsaslarını işləyib hazırlamışlar.
        Əmək insanın əqli və fiziki bacarıqlannı inkişaf etdirdi, yaradıcı əmək isə orqanizmin hələ istifadə olunmamış resurslarından istifadəyə imkan verir. Əksinə, əmək vərdişindən uzaq olan insanlar, bir qayda olaraq passiv həyat sürür və bir çox xəstəliklərlə üzləşirlər.
        Əzmkarlıqla yerinə yetirilən əmək nəticəsində, respublikamızın bir çox idmançıları Olimpiya oyunlarında qalib gələrək, bayrağımızı fəxri kürsüdə yüksəltmişlər. Bu sözləri dahi həkim-cərrahlar olan ilizarov, Cavadzadə, Paşa Qəlbinur və s. haqda da söyləmək olar.
        Dünya səviyyəsində tanınmış, istedadlı travmatoloq Qavriyil ilizarov, travmatologiya sahəsində bir çox uğurlara nail olmuşdur: sümüklərin uzadılması, oynaqların artırılması və s. Akademik İlizarov Kurqanda yaratdığı tanınmış klinikaya dünyanın hər yerindən xəstələr şəfa tapmaq üçün gəlirdi.
        İnsan gərək bir uğura nail olarkən, həmin səviyyədə dayanmayıb daha irəliyə addımlasın. Bu haqda ilizarov özü belə söyləyirdi: «Hər bir insanda anadangəlmə olaraq xüsusi bacarıqlar vardır. Bu bacarıqların inkişafı isə həyat fəaliyyətində, onlardan istifadə və vərdişlərdən asılıdr».
        İnsanlar, fiziki əməyi əvəz edən robot və avtomatları yaratmağa başladı. Elektrik enerjisinin kəşfindən sonra, o, bir çox sahələrdə tətbiq olunmağa başlandı. Elektrostansiyalar, teploxodlar, teplovozlar və təyyarələr yaradıldı.
        XX əsr tarixə kosmos əsri kimi daxil olmuşdur. Kosmik məkanın öyrənilməsinə başlanmışdır.
        XX əsrdə insan daha bir böyük kəşfə yiyələndi - atom. Beləcə atom elektrik stansiyası, atom buzqıran gəmiləri və s. digər texniki yeniliklər bəşər həyatında yer aldı.
        Atom enerjisi və insan əməyi enerjisi - bizim parlaq gələcəyimizin özülüdür.
Top