Ana yurdum Azərbayan! Tükənməz sərvəti, coşub-çağlayan çayları, bol məhsullu tarlaları, yeratı, yerüstü sərvətləri ilə hər zaman yadelli düşmənlərin hədəfinə çevrilmiş doğma diyar! Torpağına, daşına qurban olduğum Ana Vətən! Kəşməkəşli, zəngin tarixinlə, tarixdə dərin izlər qoymiş böyük, məşhur şəzsiyyətlərinlə qəlbimizin dərinliklərində yaşadın hər zaman.
Xalqımıza görkəmli Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Naib Təbrizi, Qətran Təbrizi, Nəsimi, Füzuli, Vaqif, Sabir, Q.B. Zakir, C. Məmmədquluzadə, Ə. Cavad, H. Cavid, S.Vurğun, M. Müşfiq, B. Vahabzadə, X. Rza kimi saysız-hesabsız ədib və şairlər bəxş etmişdir Azərbaycanımız!
Babək, Koroğlu, Nəbi, Səttar xan, Bağır xan kimi azadlıq mücahidləri bəxş etmişdir bu torpaq bizə.
Bu torpaq Şah ismayıl Xətayi, Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev, İlham Əliyrv kimi ictimai-tarixi-siyasi şəxsiyyətlər yetirmişdir.
Bunlarla yanaşı Q.Qarayev, Ü. Hacıbəyov, S. Axundov, R.Mirişli, Niyazi, F.Əmirov, X.Şuşinski, Y.Məmmədov, Q.Əsgərov kimi incəsənət inciləri, məşhurlar yetişdirmişdir bu torpaq.
Yurdumun xalqıma bəxş etdiyi tarixi şəxsiyyətləri, görkəmli simaları sadalamaqla bitməz. Onlar saysız-hesabsızdır.
Bütün bu şəxsiyyətlərin hər biri öz dövrünün aparıcı qüvvəsi olmuş, xalqı, vətəni üçün mühüm işlər görmüşdür.
Fikrimi bir neçə tarixi şəxsiyyətlərin üzərində cəmləşdirmək istərdim.
Azərbaycanın görkəmli ictimai-tarixi-siyasi simalarından biri Şah İsmayıl Xətayimizdir. O Azərbaycan və İran şahənşahı, Səfəvilər dövlətinin banisi, klassik Azərbaycan şairi olub Azərbaycan dilini ilk dəfə olaraq dövlət dili səviyyəsinə qaldırmışdır.
Şah İsmayıl Xətayi qısa bir ömür yaşadı. Cəmi 38 il. Həyatının, yaradıcılığının, arzularının ən qaynar çağında dünyadan köçdü. Lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırdı. Onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdı.
Belə şəxsiyyətlərdən biri Şərqdə, bütün türk dünyasında ilk demokratik respublika yaradıcısı, ömrünün sonunadək Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Vətənimin qeyrətli oğlu Məmməd Əmin Rəsulzadədir. O, ömrünün sonunadək mühacir həyatı yaşamış, doğma Azərbaycanın müstəqilliyi, azadlığı, çiçəklənməsi ideyaları bir an da onu tərk etməmişdir.
Tarixin millətimizə bəxş etdiyi böyük simalardan biri Heydər Əliyevdir. Milliyyətimizin möhtəşəm tarixinin çoxu onun böyük oğlu, müdrik insan, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin adı, misilsiz fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyev milli tariximizdə özünəməxsus yer tutan nadir, tarixi simalardandır. Xalqımızın XX əsrin əsrində və yeni minilliyin əvvəlində əldə etdiyi nailiyyətlər məhz bu görkəmli dövlət xadiminin adı ilə bağlıdır. O, öz xalqı, vətəni qarşısında misilsiz xidmətlərə görə zəmanəsinin ən qüdrətli siyasətçiləri ilə bir sırada dayanır. Heydər Əliyev xalqımızın dövlətçilik, azərbaycançılıq şüurunun, çağdaş ictimai-siyasi fikrinin və idarəçilik məktəbinin asasını qoydu.
Ümummilli liderin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi ilə təbliğ olunması idi. Onun mübarizəsinin əsas xətti Azərbaycanımızın işıqlı gələcəyi idi.
Əsl vətəndaş, tarixi şəxsiyyət, ümummilli lider kimi Heydər Əliyev millətini, torpaqlarını labüd fəlakətdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq ölkəmizdə sabitlik və fıravanlığa təminat yaratdı.
Ümummilli liderimiz Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız Ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı və qurucusu kimi həkk etmişdir.
Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı Prezidentimiz İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixin yeni şanlı zəfərlərini yaşayırıq!