Mən, mənzilimizdəki qonaq otağını təsvir etmək istəyirəm. Bu otaq, bütün ailəmizin ən çox sevdiyi yerdir. Bacımla mən, bu otaqda dərslərimizi oxumağı xoşlayırıq, biz burada qonaqları qəbul edir və axşamlar isə bütün ailə, bu otaqda televizora baxmağa toplaşırıq. Bu otaq düzbucaqlı şəklindədir. Böyük pəncərə, demək olar ki, bütün divarı əhatə edir, buna görə də otaq həmişə işıqlıdır. Otaq çox da böyük deyil, lakin çox rahat və səliqəlidir. Burada stol, stullar iki kreslo, bufet və televizor vardır.
        Döşəmədə yumşaq xovlu xalça sərilib. Gözəl tül pərdələr otağın interyerini tamamlayır.
        Tavandakı böyük lüstur axşamlar otağın hər bir küncünü işıqlandırır. Əgər parlaq işıq lazımdırsa kiçik stolüstü lampanı yandırmaq olar.
        Otağın küncündəki böyük yaşıl palma - bizim mənzilimizdə təbiətin kiçik bir guşəsidir. Qonaq otağı eyni zamanda iş və istirahət otağıdır. Burada musiqi mərkəzi var ki, asudə vaxtlarda sevdiyin musiqini dinləmək olar. Burada bizim oxuduğumuz kitabları qoyduğumuz və məşğul olduğumuz kitab şkafı da vardır.
        Bu otaq bizim kiçik ailəmizin bütün üzvlərinin asudə vaxtlarda toplaşdığı və yaxınlaşdığı yerdir.
Top