XX əsrin sonunda bəşəriyyət qlobal ekoloji fəlakətlə üzləşdi.
Lakin, insan cəmiyyəti özünün daha çox sağlam fikirli və şüurlu hissəsinin təsiri nəticəsində, nəhayət ki, təbiət resurslarından rasional istifadə edilməsinin zəruriliyini anlayıb, canlı aləmin və təbiətin qorunması yolunda bir sıra lazımi addımlar ataraq, bütün dünyaya həyəcan təbilini çaldı.
Ekologiya elm kimi bütün canlı planetlə daha çox əhəmiyyətli yer tutan, xüsusən elmi və istehsal xarakterli layihələrlə qarşılıqlı əlaqədə və asılılıqdadır. Yüksək inkişaf etmiş iqtisadi və demokratik sistemli ölkələrdə əvvəldən qəbul edilib, az inkişaf etmiş ölkələrdə isə bu indi əmələ gəlir. Bizim ekologiya ilə məşğul olan uzaqgörən alimlərimizin səyi sayəsində, Azərbaycanda da ənənəvi olan, vəhşicəsinə təbiətdən istifadədən qabaqcadan nəzərdə tutulan qoyuluşlarda mütərəqqi - təbiət resurslarından və təbiət mənbələrini qorumalı olan tədbirlər, qaydalar həyata keçirilir. Bu da, ümumi mədəniyyətin inkişafına gətirib çıxarır və əlbəttə ki, bu sevindirici bir haldır. Lakin bu hələ başlanğıcdır. Hələ qabaqda bütün planetin tərkib hissəsi olan, Azərbaycanda istifadəsiz və yararsız hala salınmış torpaqların təmizlənməsi və saflaşdırılması kimi ağır iş durur. Əsrimizin əwəllində gördüyümüz Abşeron ərazisindəki neft mədənləri «neft cəhənnəmi»ndən çox az fərqlənir. Tərk edilmiş, üzərində zəhərli kimyəvi tullantıları, küləyin müxtəlif istiqamətlərə qara bulud kimi yaydığı, paslanmayan süni kauçuk tərkibli sənaye metallarının, boru qırıqlarının və digər sənaye tullantılarının hökm sürdüyü torpaqları bərpa etmək, çirkli və üfunətli bataqlıqları qurutmaq, susuzluqdan çartlamış səhraları həyata qaytarmaq həqiqətən zəruridir. Bakı hal-hazırda fəlakət astanasında yerləşən, işlənmiş qazlarla, üfunət iyi verən kiflənmiş qida tullantılarının və zibillərin küçələrində at oynatdığı çox az gözəl şəhərlərdən biridir. Problem təkcə yerli idarəetmə orqanları olan bələdiyyələrin az səlahiyyətli olmasında deyil, həm də insanların şüurundadır. Hələ də ağ neft və aşağı keyfiyyətli benzinlə işləyən daşıyıcılar və avtomobillər çoxlu miqdardadır və şəhərdə üstünlük təşkil etməkdədir. Baxmayaraq ki, inkişaf etmiş sivilizasiyalarda, Avropada olduğu kimi zəhərli yanacaqla işləyən, bizim udmaq məcburiyyətində qaldığımız, həmin yüksək konsentratlı zəhərləri havaya buraxan texnikadan çoxdan imtina edilmişdir.
Beləliklə, insanlarımızın ekoloji mədəniyyətini və genişmiqyaslı ekoloji şüurunu formalaşdırmadan öz ölkəmizi hal-hazırda mövcud olan, içində olduğumuz «ekoloji bədbəxtlik zonasından» çıxara bilmərik.