Tarix boyunca Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. O Azərbaycanın sələfi Albaniyanın tərkibində yerləşmişdir. Bu səxavətli və qədim torpaqda insanlar mehribancasına yaşamış və çalışmışlar. Qarabağ çiçəklənən ölkə kimi dünyaya çoxlu məşhur ad bəxş etmişdir. Şuşa şəhəri bir çox məşhur bəstəkarların - Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin və həmçinin, şairə Natavanın vətənidir. Dağlıq Qarabağ vilayətində qırxdan artıq milliyyət yaşamışdır. Sovet hakimiyyətinin qurulması dövründə Zaqafqaziyada ermənilər Azərbaycanın qədim ərazilərinin bir hissəsini qəsb etməyə və Ermənistana birləşdirməyə nail oldular. Bundan sonra ermənilər Dağlıq Qarabağı da Ermənistana birləşdirməyi öz qarşılarına məqsəd qoydular və onlar Azərbaycan xalqına qarşı hücuma başladılar. Vətənin müdafiəsinə döyüş meydanlarında canını fəda etməyə hazır olan minlərlə gənc vətənpərvər qalxdı. Onlardan bir çoxu qəhrəmancasına vuruşdular və şəhid oldular. Vətən onların adını heç vaxt unutmaz. Hal-hazırda bizim vətənpərvər hərbçilər öz vətənlərinin keşiyində durublar. Xalq inanır ki, Qarabağ torpaqları bir gün işğaldan azad ediləcəkdir. Bəli bu arzu gerçəkləşəcəkdir. insanlar əmin-amanlıq və xoşbəxt həyat arzulayırlar. Analar öz oğullarını, bacılar qardaşlarını və xanımlar həyat yoldaşlarını itirdilər. Böyük Vətən müharibəsi illərində hamı ümumi düşmənə qarşı - faşistlərə qarşı mübarizə aparırdı. Bu gün torpaq vətəndaş müharibəsindən inildəyir. Analar və qadınlar ağlayırlar. Ata və oğulun qəbri yanaşıdır.
        Qoy bütün dünyada müharibə olmasın! Qoy Qarabağda müharibə olmasın. Qoy yer üzündə sakit səma və parlaq şəfəqli günəş olsun və onun parlaq şüaları Qarabağ torpaqlarına saçsın. Biz isə dövlətimizin ərazi bütövlüyünün bərpasına çalışmalıyıq. Ədalət mütləq qələbə çalacaq. Bu məqsədə nail olmaq üçün mütləq azadlığın böyük gücünü, güclü hərbi hazırlığı, ən başlıcası isə gələcəyə inamı, sözün və əməlin vəhdətini yaratmaq lazımdır. Nə vaxtsa biz bu böyük sevinci görəcəyik, o günü səbirsizliklə gözləyirik.
Top