Mən indi elə bir yaşdayam ki, hələ özümü böyük adlandırmasam da, ancaq uşaq da deyiləm. Mənə hələ böyüklərin problemi gəlib çatmayıb. Baxmayaraq ki, mən kim olacağım və həyatımın hansı axarla gedəcəyini çox düşünürəm. Bəzən mənə böyüyəcəyimi düşünməyim dəhşətli gəlir, çünki başa düşürəm ki, hələ bütün qayğılarımı valideynlərim çəkir və mən bütün bunlardan azadam. Ancaq mən başa düşürəm ki, illər keçir, gec-tez mən görəcəyəm ki, böyümüşəm və hələ gələcək həyat və xoşbəxtlik barədə xəyallara dalıram.
        Xoşbəxtlik anlayışını təsvir etmək çətindir, lakin bəzi hissləri, təəssüratları və duyğuları təsvir etmək mümkündür. Mən arzu edirəm ki, hər bir kəs özünü nə cür təzahür etməsindən asılı olmayaraq, xoşbəxt olsun. Bəzən də, xoşbəxlik çoxdan gözlədiyinin və arzuladığın bir şeyin gerçəkləşməsi ilə təzahür olunur. Kimin üçünsə bu doyunca yeməkdir, kimin üçünsə bir alış-verişə böyük məbləğdə pul qazanmaq, kimin üçünsə arzuladığı kitabı almaq, kimin üçün isə xəstə heyvanları müalicə etməkdir və s.
        Hər şey insanın maddi və mənəvi tələbatlarından və rifah halından asılıdır. Əlbəttə, mən bir oğul kimi öz valideynlərimin sağlamlılığını və uzunömürlülüyünü düşünürəm. Mən istəyirəm ki, onlar rahat evdə, heç bir maddi sıxıntı çəkmədən yaşasınlar. Bəli hal-hazırki dövrdə, bir çox valideynlər müəyyən çətinliklərlə yaşayırlar, mənim valideynlərimin həyatında da problemlər olur, ancaq mən inanıram ki, bütün bunlar müvəqqətidir və gələcək bu günkündən yaxşı olacaq. Bütün bunları düşünərək başa düşürəm ki, məndən çox şey asılıdır. Valideynlər məni böyüdür, qayğıma qalır və mən də cavab olaraq əlimdən gələni edirəm. Mən başa düşürəm ki, bunun üçün sənət, peşə sahibi olmaq lazımdır, çünki onun sayəsində öz arzularımı gerçəkləşdirə bilərəm. Mən uzun müddət çox düşündüm və həkim-cərrah olmağı qərara aldım. Bu çox lazımlı, xeyirxah və insanları xilas edən peşədir. Əgər bu peşəyə yiyələnsəm, mən təkcə valideynlərimi təmin etmərəm, həm də başqa insanları xoşbəxt edərəm. Əlbəttə bilirəm ki, cərrah olmaq elə də asan deyil, ona görə də bu işə çox ciddi yanaşıram. Çünki, insanların taleyi mənim fəaliyyətimdən asılı olacaq. Ancaq mən inanıram ki, «əgər çox istəyirsənsə, onda istədiyinə nail olursan», sadəcə olaraq, tək arzulamaq deyil, bu arzunun gerçəkləşməsi yolunda bütün gücünlə çalışmaq lazımdır.
        Bundan başqa, mən arzu edirəm ki, bütün dünyada heç vaxt müharibə olmasın. Müharibə - dəhşətli faciə, siyasətçilərin qanlı oyunları və bəşəriyyətin ən böyük bədbəxtçiliyidir.
Top