Hələ yaşayıram gəlir nəfəsim,
Vətənim uğrunda döyünür nəbzim.
Sona qədər ölkəmə bağlıyam,
Çünki mən Azərbaycanlıyam!

        Həyatının böyük hissəsini vətəninə, torpağına, xalqına həsr etmiş Ulu öndərimiz Heydər Əliyev hər zaman Azərbaycanlı olması ilə fəxr edib öyünmüşdür. istər Azərbaycana rəhbərlik etdiyi illər ərzində, istərsə SSRİ adlanan bir imperiyada fəxri kürsülərdə əyləşdiyi, fəaliyyət göstərdiyi zamanlarda belə onu Azərbaycan məhəbbəti, azərbaycançılıq hissləri bir an da olsa tərk etməmişdir.
        Həm Azərbaycanda dinc quruculuq dövrlərində, həm Dağlıq Qarabağ münaqişələri vəziyyətində, həm vətənimizin üzərini qara buludlar alıb, vətəndaşlarımız qanına-qəltan edilib, tanklar dinc həmvətənlərimizi tozatorpağa qarışdırdığı zamanlarda Ulu öndərin qəlbi Azərbaycan eşqi ilə tutuşub yanmışdır. O, vətəndə və vətəndən uzaqlarda olduğu vaxtlarda da özünü vətənində xalqı ilə bir yerdə hiss etmişdir. Şair tarixi səxsiyyətin qəlbindən keçənləri bu cür dəyərləndirir:

 
Ürəyimdə coşur doğma nəğmələr,
Vətən sevgisindən dəli qanlıyam.
Qəlbimdə əbədi kəlmələr
Mən fəxr edirəm ki, azərbaycanlıyam.

        H.ƏIiyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi fəaliyyət və iradə sonsuz vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, gözəl tarixi şəxsiyyət olan H.ƏIiyev millətini, torpağını sevmiş, onu labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən xilas etmişdir.
        Ulu öndərimiz ömrünün kamil, aqil anlarında da bir an da olsa vətən, xalq sevgisindən uzaq olmamış, daim qəlbi gənclik eşqi ilə alışıb yanmışdır.

 
Odlar yurdunun azad gəncləri
Üçrəngli bayraqla, ordunla irəli!

        Görkəmli tarixi şəxsiyyət, müstəqil Azərbaycanımızın qüwətli ordusu üçrəngli bayrağı ilə öyünüb fəxr etmişdir. O, öz bariz irsi, tükənməz coşubçağlayan əməlləri ilə qəlbimizdə əbədi bir abidə qoymuşdur:
        «Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur.»
(H.ƏIiyev)
Top