Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidenti llham Heydər oğlu Əliyevdir.
Atalar demişkən «Ot kökü üstə bitər.» Ulu öndərimiz Heydər Əliyevin davamçısı olan Prezidentimiz İlham Əliyev onun qurub-yaratdığı dövləti daha da möhkəmləndirmişdir.
Respublikamız gündən-günə böyüyür, gözəlləşir və xalqın rifah halı durmadan yaxşılaşır. Prezidentimiz gənclərimiz üçün həqiqətən ölçüyəgəlməz şərait yaratmış, gənclərin hərtərəfli inkişaf etməsi və formalaşmasını təmin etmişdir.
Mən bir gənc kimi Respublika Prezidentinə müraciət etsəydim, ona gənclərə göstərdiyi qayğıya görə öz minnətdarlığımı bildirərdim və deyərdim ki, biz gənclər sizin yeritdiyiniz daxili və xarici siyasəti dəstəkləyir, bizə olan inam və etimadınızı doğruldacağıq. Biz Azərbaycan vətəndaşı olmaqla fəxr edir, qürur duyuruq. Dövlətin gələcəyi və inkişafı gənclərin sağlam düşüncəsindən irəli gəlir. Gənclər cəmiyyətin ən həssas hissəsidir. Sizin atmış olduğunuz addım və gənclərə verdiyiniz dəstək nəticəsində biz gənclər daha da fəallaşır, ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə daha fəal iştirak edir, mədəniyyət, elm və digər sahələrdə daha parlaq nailiyyətlər qazanırıq.
Sizin səyiniz nəticəsində Azərbaycan gəncləri öz bacarıq və qabiliyyətləri, imkanları ilə dünya ictimaiyyətinin diqqətini özünə çəkə bilmişdir.
Mən Prezidentimizə uzun ömür, can sağlığı arzu edər və deyərdim ki, gənclər elə bir qüwədir ki, onlar millətin, xalqın yükünü daim çiyinlərində daşımağa qadirdirlər. Vətənin azadlığı uğrunda mübarizə aparmağa həmişə hazırdırlar.