Hər bir dövlətin müstəqilliyini ifadə edən atributları mövcuddur. Bu baxımdan da Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bu dövlət atributlarının aşılanması hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda, cəmiyyətdə vətənpərvərlik ruhunun, vətənə sevgi və məhəbbət hisslərinin möhkəmləndirilməsinə xidmət edir.
        Dövlət atributlarının mahiyyət vö əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə Mörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən bitidir.
        Ümummilli liderimiz Heydər Əliyev Təhsil islahatı və dövlət rəmzlərinin öyrədilməsi məsələlərinə toxunaraq qeyd edirdi ki, məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası geniş tədris olunmalıdır. Bu çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır.
        Mən hesab edirəm ki, məktəblərdə Azərbaycanın müstəqilliyinin atributları yaxşı təbliğ olunmalıdır. Mən bunları tək məktəblər üçün demirəm, bütün cəmiyyət üçün deyirəm. Ancaq cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlayır.
        Ümummilli liderimiz Heydər Əliyevin dövlət müstəqilliyimizin atributları, xüsusən də, dövlət rəmzləri ilə bağlı gördüyü sistemli ardıcıl, tarixi əhəmiyyətli işlərdir.
        Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan, lakin axıra çatdırılması mümkün olmayan milli dövlət quruculuğuna hələ müstəqillik haqqında Konstitusiya Aktının qəbulundan xeyli əvvəl başlamışdır. Ulu öndər bu sahədə milli dövlətçilik tariximizə əvəzolunmaz səhifələr yazmışdır.
        17 noyabr 1990-cı il Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi həkk olunub.
        Cümhuriyyətin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının milli bayrağı kimi qəbul edilib və müqəddəsliyə yüksəldildi.

 
Yenilməz dövləti təmsil edirsən,
igid ərənlərlə öndə gedirsən.
Düşmənin gözünü oyur, tökürsən,
Onlara verməyək macal, bayrağım!
Dalğalan bayrağım, ucal bayrağım!

        Azərbaycan Respublikasının rəmzlərindən biri də gerbdir. 1919-cu ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin gerbinin təsviri üçün müsabiqə təyin edildi. Müsabiqəyə 1920-ci ilin mayın 30-da yekun vurulmalı idi, lakin həmin ilin 27 aprelində Azərbaycan işğal edildi.
        1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsadət qaldırdı.
        Nəhayət, Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konsitusiya Qanunu ilə 1919 -1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etdi. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizgüşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
        1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin Azərbaycan aprelin 28-də işğal edildi, milli himnimiz qəbul olunmadı.
        1992-ci il mayın 27-də parlament «Azərbaycan Respublikasının Dövlət himni haqqında qanun» qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş «Azərbaycan marşı» Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.
        Azərbaycanın Dövlət rəmzləri ölkəmizin müstəqilliyinin, suverenliyinin, onun yenilməzliyinin təcəssümüdür.
Top