Gözümdə, könlümdə bir qönçə kimi
Hərəniz bir duyğu bəxş edər mənə.
ömrüm çox dolaşıq düyünçə kimi
Həmişə möhtacdır dost əllərinə.

        Dostluq yer üzünün ən gözəl neməti, ülvi və müqəddəs hisslərin toplusudur. Dostluğu insanlara sevinc dolu həyat bəxş edən saf və mənəvi bir sərvət adlandırmaq olar. Dostluq insanları bir-birinə yaxınlaşdıran qırılmaz zəncirdir, mənəvi körpüdür.
        İnsan həyatının ən gözəl xüsusiyyətlərindən biri, tək olmamasını hiss etməsidir. Bizim əhatəmizdə hər cür insanlar var. Ailəmiz, qonşular, doğmalar sinif yoldaşlan və s. Lakin bəzən ətrafında elə bir insan olur ki, ondan gözləmədiyin yaxın münasibət, doğmalıq, başqa yaxınlarında hiss etmədiyin alicənablıq duyursan.
        Hər hansı bir çətinliyə düşdüyün zaman başqa doğmalarınla ovunursan, təsəlli tapırsan. Amma için rahat olmur, lakin o söylədiyin başqalarından duymadığın alicənab şəxsin yolunu gözləyirsən. Bax, budur dostları bir-birinə bağlayan ülvi tellər.
        M.Araz «Dost» şeirində dostluğu necə gözəl tərənnüm etmişdir.

Hər çətin anımda kəsir yanımı,
Axır ürəyimə gülüşlə, sözlə.
Mən öz varlığımı, öz ünvanımı,
Tapıram hər yeni gəlişinizlə.

        Dost bəzən balaca quşcuğaz, bəzən var olmayan sevgili, bəzən də dibçəkdə çiçəkdir. Amma əsl dost səni səndən çox sevəndir. Əsl dostluq dənizə, ümmana bənzər, daim coşar, çağlayar, insanları fədakarlığa səsləyər. Əsl dost ağır, çətin günlərində bir-birinə dəstək olub, acısına, şirininə də ortaqlaşan, bütöv xarakterli insan olmalıdır. Dost dostun səhvini üzünə deyib, onu doğru yola çəkməlidir.
 
Bəzən hamarda da büdrəyir adam,
Oxuyur üzümə nə günahım var.
Ittiham etsəniz günah sanaram,
Güzəştə getsəniz, ittiham olar.

        Mənim bir neçə dostum var. Bu dostum - yəni rəfiqəm Lalədir. Laləylə mən IX sinifdə oxuyur, hətta bir partada otururuq. Bir-birimizi şox istəyirik. Bir gün görüşməsək bir-birimiz üçün çox darıxırıq. Lalə ilə mənim çox fikirlərim üst-üstə düşür, biz bir-birimizi daha yaxşı anlayır, hiss və duyğularımıza hörmətlə yanaşırıq. Sevincimizə sevinir, kədərimizə üzülür, ortaqlaşırıq. Lazım olduqda bir-birimizə məsləhətlər veririk, səhvlərimizi açıq deyib, ondan ibrət almağa çalışırıq. Zərgər dəqiqliyi ilə bir-birimizə münasibət göstəririk. Əgər biz dost kimi səhvlərimizi etiraf edib düzəltməsək, o qüsur və eyiblərdən arına bilmərik. Atalar bu yerdə demişdi: «Dost dosta tən gərək, tən olmasa gen gərək». Dostsuz həyat insan üçün ağırdır. Vəfalı, etibarlı, sadiq dost insan üçün bitib-tükənməyən bir xəzinədir. Insan yaşadığı həyat boyu vəfalı dost yardımına, yoldaş köməyinə böyük ehtiyac hiss edir. Dostlar, dostluq haqqında çoxlu kəlamlar söyləmiş, sözlər demişdir.

Qəlblər birdir, dünyalar ayrı olsa da
Biz dostumuzu unutmarıq, bizdən çox uzaq olsa da...

        Dostluğun qolları dünyanın bir ucundan, o biri ucunu qucaqlaya biləcək qədər uzundur. Əsl dost səni səndən çox sevəndir.
 
Dəniz dərindir dayanılmaz,
Dostluq əbədidir, unudulmaz.

        Mən arzu edərdim ki, bütün insanların dostluğu daimi və əbədi olsun! Mənim də...
        Dostluq - mehribanlıq ən gözəl nemətdir! Onun qüdrətini bilmək və qorumaq lazımdır. Arzu edirəm ki, yer üzündə bütün insanlar bir-birini sevsin, dost və yoldaş olsunlar. O zaman dünyanın çətini də asan olar!
Top