Hazırda dünyada ən böyük idman yarışları hesab olunan Olimpiya oyunlarının əsasında dostluq, qardaşlıq, xalqlar arasında əməkdaşlıq ideyası dayanır. Bu ideya Olimpiya hərəkatının emblemində də öz əksini tapmışdır. Belə ki, bir-birinin içinə girmiş halda təsvir olunan mavi, sarı, qara, yaşıl və qırmızı rəngli halqalar Olimpiya hərəkatının emblemini təşkil edir. Beş halqa -Yer üzündəki beş qitənin rəmzidir. Bundan başqa, bu rənglərdən ən azı biri dünyanın istənilən ölkəsinin bayrağında əks otunmuşdur.
        Olimpiya hərəkatının təşəkkül tarixi də insanların sülh, əmin-amanlıq, dinc yanaşı yaşamaq istəklərindən qaynaqlanır. Rəvayətə görə, qədim yunanlar bir-biriləri ilə tez-tez qanlı müharibələr aparmışlar. Bu müharibələrin nəticələri kiçik dövlətlər üçün daha acınacaqlı olurdu. Onlar hətta, heç kəsin tərəfində dayanmasalar da, böyük itkilərə, dağıntılara məruz qalırdılar. Elida adlı belə kiçik dövlətlərdən birinin başçısı bütün qonşularla sülh şəraitində yaşamaq istəyirdi. O, yaxşı diplomat idi, buna görə də qonşu dövlətlərin başçıları ilə apardığı danışıqlarda uğur qazandı və Elida neytral dövlət kimi tanındı. Elidanın başçısı öz uğurunu bayram etmək üçün idman oyunları təşkil edir. Ilk vaxtlar bu oyunlar ancaq bir gün keçirilirdi. Sonralar həmin oyunlara düz bir ay vaxt ayrılmağa başlandı. Oyunlar başlamazdan əvvəl Yunanıstanın hər yerinə çaparlar göndərilir və bütün müharibələr dayandırıldı. Idman oyunları Elida dövlətinin Olimpiya adlanan ərazisində təşkil olunurdu. Sonralar elə bu adla da məşhurlaşan ilk Olimpiya oyunları bizim eradan min il əvvəl keçirilmişdir.
        Qadınlar bir qayda olaraq Olimpiya oyunlarına buraxılmırdılar. Yalnız bir istisna baş vermişdir. Bir qadın həyatını təhlükə altında qoymuş və kişi paltarı geyinərək öz oğlunu məşqlərə gətirmişdir. Həmin qadın oğlu yarışlarda yaxşı nəticə göstərdiyinə görə cəzasız qalmışdır. Olimpiya oyunlarına bizim eramızın 394-cü ilində imperator Feodos tərəfindən dini səbəblərə görə qadağa qoyulmuşdur. Bu oyunların bərpasına uzun müddətdən sonra - 1892-ci ildə gənc fransız müəllimi Pyer də Kubertinin Parisdə idman klubları qarşısında çıxışından sonra başlanmışdır. Həmin dövrdə müxtəlif ölkələrin idmançıları arasında bir-birləri ilə yanşmaq və dostluq etmək istəyi güclü idi. Pyer də Kubertin başa düşürdü ki, idman qədim vaxtlarda olduğu kimi, bizim zəmanəmizdə də insanlar, ölkələr arasında körpü rolunu oynaya bilər. Beləliklə, 1894-cü il iyunun 23-də Beynəlxalq Həvəskar idmançılar Konqresi Olimpiya oyunlannın bərpa edilməsi və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında mühüm qərar qəbul etdi.
        Azərbaycan da Beynəlxalq Olimpiya hərəkatında fəal surətdə iştirak edir. Respublikamızın idmançıları Olimpiya oyunlarında ilk dəfə 1952-ci ildə çıxış etmişlər. Azərbaycan idmançılarının Olimpiya oyunlarında ilk uğuruna sərbəst üsulla güləşən Rəşid Məmmədbəyovun 1952-ci ildə Helsinki Olimpiadasında qazandığı gümüş medalla imza atılmışdır.
        Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycanın Olimpiya hərəkatında iştirakının yeni mərhələsi başlanmışdır. 1992-ci ildə respublikamızda Milli Olimpiya Komitəsi yaradılmışdır. Azərbaycan Milli Olimpiya Komitəsinin köməyi ilə son illərdə ölkəmizdə idmanın madditexniki bazası əsaslı şəkildə möhkəmlənmiş və ölkəmizdə Olimpiya hərəkatı genişlənmişdir. Bakıda və respublikanın ayrı-ayn bölgələrində inşa olunan müasir Olimpiya komplekslərində idmançılanmızın beynəlxalq yarışlara hazırlaşmalarına, öz potensiallarını üzə çıxarmalarına hər cür şərait vardır. Bunun nəticəsidir ki, idmançılarımız Olimpiya yarışlarında respublikamızı ləyaqətlə təmsil edirlər. Azərbaycan idmançılan ən yaxşı nəticəni Sidney Olimpiyadasında göstərmişlər. 2000-ci ildə keçirilən həmin Olimpiadada stend atıcısı Zemfira Meftahətdinova və güləşçi Namiq Abdullayev qızıl, boksçu Vüqar Ələkbərov bürünc medal qazanmışlar. Beləliklə, 199 ölkənin qatıldığı Sidney Olimpiadasında Azərbaycan 34-cü pillədə qərar tutdu. Qarşıda isə Azərbaycan idmançılarını, heç şübhəsiz ki, daha böyük qələbələr gözləyir.
Top