Azərbaycan zəngin təbii sərvətlərə malikdir. Onun yeraltı, yerüstü təbii sərvətləri dünyanın bir çox ölkələrinə ayaq açmış, öıkəmizin adını şöhrətləndirmişdir. Buna pambıq, çay, qaz, neft və s. kimi təbii sərvətlər aiddir. Bu sərvətlərin içərisində Azərbaycana böyük gəlir gətirən və onun adını dünyada məşhur edən «qara qızılı» diqqəti cəlb edir.
Azərbaycan qədim zamanlardan bəri öz nefti ilə məşhurdur. Hələ eramızdan əvvəl yerdən qalxan təbii qaza və neftə görə bu torpağı «Odlar yurdu» adlandırırdılar. Lakin ölkədə əsl neft partlayışı XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin sonuna qədər ölkəmizdə çıxan «qara qızıla» başqa ölkələr havadarlıq edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımız öz təbii ehtiyatlarına sahib çıxa bildi. Belə ki, neftdən əldə olunan gəlir insan kapitalına çevrilir. Neftdən əldə olunan gəlirlər inşa edilən səhiyyə müəssisələrinin, təhsil ocaqlarının tikilməsinə və s. sərf olunur.
Azərbaycan müstəqillik qazandıqdan sonra özünün yeni neft erasına qədəm qoymuşdur. ölkəmizin yeni neft strategiyasını ümummilli liderimiz Heydər Əliyev hazırlamışdır. 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» adlanan bu müqavilə nəticəsində Azərbaycana neft gəliriəri gəlir. İndiyədək ölkəmizin neft sənayesinə böyük məbləğdə sərmayə qoyulub, on minlərlə iş yerləri açılıb, qazma qurğuları, platformalar, neft kəmərləri, terminallar kimi mühüm obyektlər inşa edilib, Azərbaycan neftinin dünya bazarına çıxarılmasının yolları, marşrutları təyin edilib, milli sərvətimiz dünya bazarlarına nəql olunur. Bakı-Tiflis-Ceyhan boru kəmərinin inşası ölkəmizin neft ixracı imkanlarını daha da artırırdı.
Yeni neft strategiyası reallaşdıqca Azərbaycanın iqtisadi gücü artır, ordumuz güclənir və respublikamız hər bir sahədə inkişaf edir, qüdrətli bir dövlətə çevrilir.
Hazırda dövlətimizin qarşısında neft gəlirlərini intellektual mülkiyyətə, insan kapitalının inkişafına yönəltmək kimi ali bir məqsəd durur.
Bəli, neft bizim ən qiymətli sərvətimizdir. «Qara qızıl»ın gəlirləri gələcək nəsillər üçün ağ günlər vəd edir.