Sadə və zəhmətkeş, həm də dindar bir ailədə dünyaya göz açmış Mübariz təmiz qəlbli, qeyrətli, rəhmli və ədalətli bir gənc idi. O, öz hərəkətlərində bu xarakterini nümayiş etdirirdi. Ona görə də dostları yoldaşları arasında da xüsusi hörmət qazanmışdı. Gözünü açandan valideynlərini ibadət edən gördüyündən, Mübariz özü də namaz qılır, ibadət edirdi.
        Bütün insanlarda olduğu kimi, Mübarizində arzuları var idi. O, idmana həvəs göstərirdi. Əsl idmançı olmaq, Azərbaycanın bayrağını öz qələbəsi ilə yüksəkliklərə qaldırmaq istəyirdi. Bu istək Mübarizi boksla ciddi məşğul olmağa həvəsləndirir. Uzun müddət bu idman növü ilə məşğul olan Mübariz istədiyi nəticəni əldə edə bilmir. Çünki qəlbinin dərinliyində daha müqəddəs, daha güclü bir arzu kök salmışdı və bu arzu Mübarizin bütün arzularından üstün idi. Bir gənc kimi Mübarizin də gizli bir sevgisi var idi və bu sevgini qəlbində xüsusi bir nəvazişlə əzizləyib saxlayırdı. Bu barədə heç vaxt heç kimə bir kəlmə də olsun söyləmirdi. Müqəddəs arzusu isə bu sevgidən də üstün idi. Hələ yeniyetmə çağlarında erməni vəhşilərinin torpaqlarımızı işğal etməsi, qız-gəlinlərin, uşaq və qocaların başlarına olmazın müsibətlər gətirməsi, Mübarizdə bu millətdən qisas almaq, onlara layiqli cavab vermək hissi oyatmışdı. O bu arzusunu bütün arzu və istəklərindən üstün sayırdı.
        Sevmək, sevilmək, ailə qurmaq, gözəl övladlar tərbiyə etmək, valideynlərinin qocalıb əldən düşən vaxtı onlara kömək olmaq belə, bu müqəddəs arzunun qarşısında aciz idi.
        Mübariz nəyin bahasına olursa-olsun ermənilərdən qisas almaq arzusunu həyata keçirmək istəyirdi.
        O, hərbi xidmətdən qayıtdıqdan sonra da özünə rahatlıq tapmır və yenidən orduya xidmət etməyə qayıdır. Xidmət etdiyi hərbi hissədə qaranlıq gecənin birində silahlanaraq ermənilərin üstünə təkbaşına döyüşə gedir. Mübarizi qorxudan yeganə bir şey var idi ki, o da təsadüfən ermənilərin qurduqları minaya düşüb, qisasını almadan məhv olmaq idi. Ibadətlə məşğul olan Mübariz üzünü Allaha tutaraq özünə kömək, yardım istəyir. Bu yardıma güvənən Mübariz inamla irəliləyir və erməniləri birbirinin ardınca əlindəki silahı və qol zərbələri ilə yerə sərir. Həmişə rəhimli olan Mübariz erməniləri qırdıqca sanki sevinir və gözlərində bir parıltı yaranırdı. Bu parıltı həmin o parıltı idi ki, hələ dünyaya gələrkən atası Ağakərim kişi ilk dəfə övladını qucağına götürərkən duymuşdu. Ancaq ovaxtı Ağakərim kişinin ağlına da gəlmirdi ki, bu, övladının gələcəkdə həyata keçirəcəyi müqəddəs arzusunun parıltısı idi.
        İndi Mübarizin gözlərindəki bu parıltı sankı gecənin qaranlığında Mübarizə, düşməni seçib ona atəş açmağa imkan verirdi.
        Mübariz sona qədər döyüşdü, çoxlu sayda erməni əsgərlərini qırdı və şəhid oldu.
        Həmin gecə Mübarizin müqəddəs arzusunun - qisas almaq və şəhid olmaq gecəsi idi. Bu gecə son və çox şərəfli bir gecə idi. Çünki Mübariz arzusuna layiqincə çatmışdı.
Top