Sözün qədrini bilən və sözün qədrini bilərək onu ucalara yüksəldən Məhəmməd Füzuli klassik Azərbaycan poeziyasının ən parlaq simalarındandır. Özünü «söz mülkünün padşahı» sanan şairin adı dünyanın məşhur şairlərinin sırasında çəkilir.
        M.Füzulinin yaradıcılığından söhbət düşərkən o, ilk növbədə lirik şair kimi səciyyələndirilir. Hətta onu bəzən «qəlb şairi» də adlandırırlar. Bu da təsadüfi deyildir. M.Füzuli şeirlərində lirik qəhrəmanın timsalında insanın müxtəlif psixoloji vəziyyətlərdəki yaşantılarını, keçirdiyi iztirabları, hiss və həyəcanları dolğun şəkildə, bütün çalarları ilə təsvir etmiş və əksər hallarda heç nəyə biganə qalmayan, buna görə də çox zaman iztirab çəkən, qəmkədər yaşayan həssas obrazlar yaratmışdır.
        M.Füzıılinin lirikasında qəzəl janrı xüsusi yer tutur. O, bu janrda elə gözəl poetik nümunələr yaratmışdır ki, onun qəzəlləri haqlı olaraq klassik poeziyamızın zirvəsi, şairin özü isə Azərbaycan ədəbiyyatında qəzəl janrının şəriksiz ustadı sayılır. M.Füzuli qəzəli elm, mərifət, zövq əhli üçün bir şəfa mənbəyi hesab etmiş, onu hiinər bağçasının gülü adlandırmışdır.
        M.Füzulinin lirikasında qəzəl janrına üstün yer verilməsi hər şeydən öncə şairin ruhu və romantik təbiəti ilə bağlıdır. Ənənəyə görə şərq poeziyasında qəzəllər, adətən, məhəbbət mövzusunda qələmə alınmışdır. M.Füzuli də bütün varlığı ilə eşq, məhəbbət şairidir. Onun lirikası başdan ayağadək məhəbbət motivləri ilə yoğrulmuşdur. Şairin özü məhəbbət şairi olduğunu fəxrlə etiraf edərək yazmışdır:

 
Məndən Füzuli, istəmə əşarü-mədhi zəmin,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

        Saf, təmiz eşqi yaşamaq, lıəyat rəmzi sanan M.Füzuli qəzəl janrının imkanlarından istifadə edərək bir-birini təkrarlamayan səmimi aşiq obrazları yaratmış, məhəbbətiıı ilahi gücünü, insan həyatındakı rolunu poetik dillə oxucuya çatdırmışdır.
        M.Füzulinin canlandırdığı aşiqlər eşq mərəzinə mübtəladırlar, məhəbbət alovunda yanırlar, yar həsrəti onlann gecələrini-gündüzlərini pozmuş, bütün rahatlıqlarını əllərindən almışdır. Lakin bu aşiqlər üçün ümumi bir cəhət səciyyəvidir. Onların heç biri cananın yolunda çəkdikləri cəfadan usanmırlar, məhəbbət yolundakı əzab-əziyyətləri özləri üçün xoşbəxtlik sanırlar və axıradək öz sevgilərinə sadiq qalırlar.
        M.Füzulinin lirikasını səciyyələndirən başqa bir mühüm cəhət isə onun tərənnüm etdiyi məhəbbətin çoxcəhətli olmasıdır. Şair məhəbbəti dar çərçivədə deyil, geniş anlamda qəbul edir. Bu məhəbbət lirik qəhrəmanın sevdiyi gözələ bəslədiyi saf duyğularında, səmimi münasibətində təzahür etdiyi kimi, onun həyata bağlılığında da özünü büruzə verir. Bəzən M.Füzulinin xəyalları göylərdə qanad çalır, o, ilahi-mistik məhəbbətdən söhbət açır. Lakin bu mistik eşqin özündə belə bir həyatilik hiss olunur, reallıqla əlaqə tam kəsilmir.
        M.Füzulinin qəzəl və məhəbbət şairi olması onun «Məni candan usandırdı» şeirinin nümunəsində bütün cəhətləri ilə aydın görünür. Mübaliğəyə varmadan deyə bilərik ki, bu şeir bütün zamanların poeziyasında məhəbbət mövzusunda yazılan ən yaxşı əsərlərdən sayılmışdır və şübhə yoxdur ki, bundan sonra da heç vaxt öz təravətini itirməyəcəkdir. Füzuli dühası və vüsal həsrəti ilə alışıb yanan aşiqin öz sevgisində səmimiliyi. «Məni candan usandırdı» şeirinin oxucunun qəlbinə yol tapmasının və artıq neçə əsrdir ki, qəzəl janrının zirvəsində dayanmasının sirri məhz bu iki cəhətin vəhdətindədir. Qəzəli oxuyanda bir tərəfdən şairin yüksək sənətkarlığına heyran qalırsan, digər tərəfdən də, sevginin hüdudsuz olduğuna inanırsan.
        Əsərdə şair qarşı-qarşıya dayanan iki obraz canlandırmışdır: qəmli aşiq və onun sevgilisi. Aşiq saf eşqi yolunda cəfa çəkir, sevgilisi isə ona cəfa verməkdən usanmır. Aşiqin fəryadından yer-göy alovlanır, ahnaləsindən fələklər yanır, bütün xalq oyanır, fəqət onun muradının şamı yanmır, qara bəxti oyanmır. Başqalarına qarşı lütf göstərən canan ona biganədir, dərdinə dərman qılmır. Oz eşqinə sədaqətli olan aşiq bunun səbəbini anlamır və sual edir:

 
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

        Lakin sevgilisinin etinasızlığı aşiqi öz məhəbbətindən döndərə bilmir. O öz sevgisindən heç vaxt dönməyəcəyini bildirir:
 
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

        «Məni candan usandırdı» qəzəli əvvəldən axıradək bu kimi təzadlarla, mübaliğə və metaforalarla zəngindir. Şairin işlətdiyi bədii təsvir vasitələri aşiqin vəziyyəti barədə daha dolğun təsəvvür yaradır, şeirin təsir gücünü artınr.
        M.Füzulinin lirikasında mühüm yer tutan və ayrıca bir divanda toplanan qəsidələri əsasən ictimai mövzularda qələmə alınmışdır. Şair zəmanəsində hökm sürən zülmə, ictimai bərabərsizliyə, haqqın tapdanmasına biganə qalmamış və qəsidələrində bu kimi cəhətləri tənqid atəşinə tutmuş, ixtiyar sahiblərini, hakimləri sadə insanlara əzab-əziyyət verməkdən çəkinməyə, ədalətli mövqe tutmağa çağırmışdır.
        M.Füzulinin lirikası əbədiyaşar poeziya nümunəsidir. Əsrlər ötəcək, fəqət dahi şairin böyük ustalıqla qələmə aldığı qəzəllər, qəsidəiər və digər şeir növləri heç vaxt öz təravətini itirməyəcək.
Top