Ustad el sənətkarı Aşıq Ələsgər özünəməxsus təbii gözəlliklərə malik olan və aşıq şeirinin beşiyi sayılan əzəli Azərbaycan torpağı Göyçə mahalında yaşsıyıb yaratmışdır. Sonralar bu iki amil - təbiətin gözəlliyi və əhatə olunduğu mühit Aşıq Ələsgərin yaradıcılığının ideya-məzmun cəhətdən formalaşmasına güclü təsir göstərmişdir.
Hələ kiçik yaşlarından şeirə, sənətə böyük maraq göstərən Ələsgər digər bir ustad sənətkarın - Aşıq Alının yanında şəyirdlik edərək, ondan həm aşıq sənətinin sirlərini, həm də ədəb-ərkan, mərifət qaydalarını öyrənmişdir. Deyilənə görə, Ələsgərin artıq kamil sənətkar kimi yetişdiyinə əmin olan Aşıq Alı onu el içində şöhrətləndirmək, nüfuzunu artırmaq məqsədilə məclislərin birində qəsdən şəyirdinə məğlub olur və öz sazını ona vermək istəyir. Ələsgər isə ustadına ehtiramla baş əyib sonralar dillər əzbərinə çevrilən misralarını söyləyir.
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
Gözəl çalmaq, avazla oxumaq, dastan söyləmək, şeir, havacat qoşmaq vərdişlərinə mükəmməl yiyələnən Aşıq Ələsgər zəmanənin kamil saz, söz ustadı kimi püxtələşir. Ö, Göyçə mahalında, qonşu kəndlərdə, şəhərlərdə ağır məclislər apanr, telli sazı, söz-söhbətləri ilə pərəstişkarlarını ovsunlayırdı. Onun şöhrəti hər yana yayılmışdı. Aşığını özü bu barədə belə yazmışdır:
Yaxşı hörmətinən, təmiz adınan,
Mən dolandım bütün Qafqaz elini.
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı, gəlini.
Aşıq şeirinin bütün şəkillərində qələminin gücünü sınayan Aşıq Ələsgərin yaradıcılığında məhəbbət lirikası mühüm yer tutur. Aşığın bu qəbildən olan şeirlərində sevən aşiqin daxili aləmi, hiss və həyəcanları, çəkdiyi iztirabları poetik şəkildə ifadə olunmuşdur. Aşığın lirik qəhrəmanı sevgilisindən ayrı düşüb, vüsal həsrəti ilə yanır. O, həyatının mənasını sevgilisinə qovuşmaqda görür, bunu böyük xoşbəxtlik sanır.
Aşıq Ələsgər şeirlərinin bir çoxunu el gözəllərinin tərifinə həsr etmişdir. Azərbaycan mahallarını qarış-qarış gəzən aşıq çoxlu sayda el gözəlləri ilə rastlaşmış və şeirlərində onların portretini yaratmışdır. Aşığın təsvir etdiyi gözəllər sərv boylu, gül yanaqlı, ayna qabaqlıdırlar. Bu gözəllərin oğrun baxışları, şölə saçan gözləri, yerişi-duruşu adamı valeh edir. Aşıq eldə-obada gördüyü gözəllərin adını da çəkir, şeirlərini onların adı ilə adlandırır. Aşığın «Bəyistan», «Güləndam», «Müşkünaz», «Gülpəri», «Telli», «Maral» rədifli qoşmalan bu qəbildəndir.
Ustad aşıq nə qədər geniş şan-şöhrət qazansa da, bütün varlığı ilə böyüyüb, boya-başa çatdığı Göyçə mahalına bağlı idi. O, göz açıb gördüyü, baxıb vüqarına heyran qaldığı uca dağları, qoyun-quzu mələşən, at kişnəyən yaylaqları, üstü qız-gəlinli olan çeşmələri böyük məhəbbətlə tərənnüm etmişdir. Bu şeirlərin səciyyəvi cəhəti odur ki, burada insanla təbiət vəhdətdə təsvir olunur.
Aşıq Ələsgərin «Dağlar» rədifli iki qoşması vardır. Bu şeirlərdə aşığın Göyçə mahalı, doğma yurd yerləri, ana təbiətlə bağlı səmimi duyğuları bütün cəhətləri ilə özünü büruzə verir. Birinci « Dağlar» şeiri nikbin notlar, xoş əhvali-ruhiyyə üstündə köklənib. Doğma dağların ilin dörd fəslində müxtəlif rənglərə bürünməsi aşığın qəlbini riqqətə gətirir. Bu dağlar vüqarlıdır, fərq qoymadan qoynunda yoxsula, ərbaba yer verir.
Aşıq Ələsgərin «Dağlar» rədifli ikinci şeirinə isə qəm-kədər notları hakimdir. Bu da səbəbsiz deyil. ötən əsrin əwəlində ermənilərin törətdikləri amansız qırğınlar nəticəsində Göyçə mahalının camaatı, o cümlədən də Aşıq Ələsgərin özü doğma el-obasından ayrı düşmək məcburiyyətində qalır. iki ildən sonra geri qayıdan aşıq dağların əvvəlki növrağını görmür və nisgilli anlar yaşayır. Doğma Göyçənin dağlarının məlalı halına görə el aşığı ilk növbədə özünü günahkar sanaraq deyir:
Arsız aşıq elsiz niyə yaşadı?
ölsün Ələsgərtək qulların, dağlar!
Aşıq Ələsgərin «Yaylaq» və başqa şeirlərində də ana təbiətə, doğma yurda, bütün Göyçə mahalına dərin məhəbbəti hiss olunur.