Qarabağ, onun timsalında bütöv Vətən, doğma diyann azadlığı böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığından qırmızı xətlə keçir. Ədibin 1937-ci ildə qələmə aldığı və ilk dəfə 1964-cü ildə «Qan içində» adı ilə işıq üzü gören «iki od arasında» romanı da məhz bu mövzudadır. Vətəni dərin məhebbətlə sevən Y.V.Çəmənzəminli Qarabağ xanlığının tarixindən bəhs edən əsərini təsadüfən «iki od arasında» adlandırmamışdır, Bununla o, xalqını iki böyük qonşu dövlətlərin - Rusiya ilə iranın məngənəsinde qaldığına, bundan ciddi ziyan çəkdiyinə işarə etmişdir.
        Romanın əsas qehremanlanndan biri böyük söz ustadı M.P.Vaqifdir. Lakin müellif M.P.Vaqifi yalnız gözellikdən ilham alan şair kimi səciyyələndirməmiş, həm də onun eşikağası vəzifəsində xanlıqda mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat obrazını yaratmışdır.
        M.P.Vaqifin şair təbiəti ilə eşikağası vəzifəsində fəaliyyəti bir-birini tamamlayır. O, şeir, sənət adamı kimi nə qədər xəlqidirsə, gözəlliyə, xeyirxahlığa nə qədər həssasdırsa, xanlıqdakı vəzifəsində də bir o qədər məsuliyyətli, tədbirli və təəssübkeşdir. Hətta o, bəzən diplomat kimi fəaliyyətində də şairliyindən bəhrələnir və bu ona təkcə Qarabağ xanlığında deyil, qonşu əyalətlərdə də böyük hörmət qazandınr. Heç təsadüfi deyildir ki, M.P.Vaqif Qarabağ xanlığının nümayəndəsi kimi İrakli xanın sarayında təşkil olunan rəsmi tədbirlərdə iştirak etmək üçün Tiflisə təşrif gətirəndə qonşu xanlıqlann nümayəndələri müxtəlif məsələlərə dair məsləhət almaq üçün onunla görüşə can atırlar. Bu cəhətdən Axalsıq paşası Süleymanın nümayəndəsinin qoltuqçu qiyafəsində onun yanına gəlməsi səciyyəvidir. İşin mahiyyəti isə rusların Terek çayına körpü salmaları, dağlardan yollar açıb Tiflisə gəlmələri ilə əlaqədar idi. Ümumi düşmən qarşısında xanlıqların qüwələrini biriəşdirmələrinin zəruriliyini yaxşı başa düşən M.P.Vaqif eyni zamanda tədbirli olmağı da yaddan çıxarmır, Süleyman paşanın nümayəndəsi ilə diplomatik tərzdə söhbət aparır.
        M.P.Vaqifin çox ehtiyatlı, hər şeyi ölçüb-biçən bir siyasətçi olduğu onun İrakli xanın sarayında keçirilən tədbirdə oxuduğu şeirdə daha aydın nəzərə çarpır. Burada Vaqif Rusiya himayəsinə girmiş müstəqil padşah olan Irakliyə yenə vali kimi müraciət edir. Əlbəttə, Vaqif «vali» yerinə «padşah» deyə bilərdi, lakin o, «padşah» sözü ilə Irana qarşı olan münasibəti pozmuş olardı. Bu isə Qarabağ xanlığının xeyrinə deyildi. Beləliklə, Rusiya çarın nümayəndəsi Burnasov şərq diplomatının ehtiyatkarlığına heyran qalır.
        M.P.Vaqif təmsil etdiyi Qarabağ xanlığının eşikağası kimi vəzifəsini xanlığın müstəqilliyinə nail olmaqda, qonşularla əlaqələri genişləndirməkdə, doğma diyarın inkişafını mütərəqqi istiqamətə yönəltməkdə görür. O, mühafizəkar Iranla müqayisədə Rusiyanı daha etibarlı himayədar hesab edir. Lakin Vaqif Rusiyanın himayəsinə keçməklə Qarabağ xanlığının müstəqilliyinin məhdudlaşdırılması ilə də barışa bilməzdi. Rusiya çariçasının camaatın güzəranına biganə yanaşması, Gürcüstanla müqayisədə Qarabağ xanlığına fərqli münasibət bəsləməsi Vaqifı bərk narahat edir. Buna görə də o, Tiflisdə Rusiyanın təmsilçisi Burnasovla söhbətində mövqeyini birmənalı şəkildə, lakin çox ehtiyatla ifadə edir.
        Əsərdə Vaqifin şair təbiətini, xalqa yaxınlığını, uzaqgörən diplomat olmasını səciyyələndirən belə bədii səhnələr çoxdur. Bütün bunlan ümumiləşdirib aşağıdakı qənaətə gəlmək mümkündür: Y.V.Çəmənzəminli böyük şair Vaqifi sarayda xalqın təmsilçisi kimi xarakterizə etmək istəmişdir. M.P.Vaqif xalq müdrikliyinin təcəssümüdür.
Top