Görkəmli söz ustadı Rəsul Rza dərin fəlsəfi məzmunlu və yüksək sənətkarlıqla qələmə alınan əsərləri ilə ədəbiyyat tariximizə həmişəlik daxil olmuşdur.
        R.Rzanın yaradıcılığında «Qızılgül olmayaydı» poeması xüsusi yer tutur. Poema Azərbaycanın digər görkəmli şairi, repressiya qurbanı Mikayıl Müşfiqə həsr olunmuşdur. Əsər həyatdan vaxtsız getmiş şairə böyük məhəbbətlə qələmə alınmışdır. Müəllif vaxtilə dostluq etdiyi və yaxından tanıdığı M.Müşfiqin həyatının ayn-ayn məqamlarını təsvir edərək onun dolğun obrazını yaratmışdır. Əsərdə baş qəhrəman M.Müşfiqin adı az çəkilsə de, onun portreti əwəldən axıradək poemanı mütaliə edən oxucunun gözləri önündə qalır.
        Poema bütünlüklə təhkiyə formasında qələmə alınıb. M.Müşfıqin sevimli həyat yoldaşı Dilbərlə söhbətdə müəllif dərin nisgil və kədərlə keçmişini yada salır. Xatirələr, yaşanmış illər kinolenti kimi onun gözləri önündən gəlib keçir. Xatirələrin mərkəzində M.Müşfıq dayanır. Müəllif onunla «Gənc işçi»də tanış olduğunu söyləyir. Onlann «könüllərinin gözü də, qəlblərinin içi də bir-birinə tez məhrəm olur». Beləcə, iki söz adamın dostluğunun təməli qoyulur və sonralar bu dostluq «şeirin səsi, şeirin nəfəsi, şeirin duzu ilə» bərkiyir. Poeziyaya olan böyük məhəbbət onlann mənəvi ehtiyacını ödəyir.
        Ən vitaminli qidamız şeir idi.
        Müəllif xatirələrində M.Müşfiqi sadə bir insan və böyük şair kimi canlandırır. O, əlbəttə ki, yaxşı insanların cərgəsində idi. Bütün yaxşı insanlar kimi ürəyi sadə idi, zəngin idi.
        Şair kimi isə romantik təbiətli M.Müşfıq coşqun təbə malik idi. Müəllif xatırlayır ki, onun dodağı həmişə şeirli olardı, yuxuda da şeir yazardı. Həyatda heç nəyə, heç kimə baş əyməyən şair şeir dəlisi idi və özünü şeirin qulu sanırdı.
        İstedadı, bütün varlığı ile poeziyaya bağlılığı M.Müşfiqə böyük şöhrət qazandırmışdı. Şeirləri dillər əzbəri idi. Məktəbli də, kəndli də, fəhlə də onu sevirdi. Bir şeir gecəsində yaşanan təsirli anlar bugünkü kimi müəllifin gözləri önündədir. Gecə başa çatdıqdan sonra qoca bir neftçi səhnəyə qalxıb M.Müşfiqi bağrına basır, sonra da onun şeirini təkrar edir:
 
Oxu tar, oxu tar!
Seni kim unudar?

        Müəllifin qənaetinə göre M.Müşfiqin məşhur şair kimi formalaşmasına səbəb onun xalqa, torpağa, təbiəte, Vətənə bağlılığı, bir də həyat yoldaşı Dilbere qarşı qəlbində gəzdirdiyi böyük məhəbbət səbəb olmuşdur.
        R.Rza «Qızılgül olmayaydı» poemasında yaxın dostu, böyük şair M.Müşfiqle bağlı xatirelərini çözməklə bərabər, həm də onun faciəsinin, acı taleyinin timsalında repressiya illərinin qorxunc mənzərəsini göz önündə canlandırmışdır. Bir axşamüstü iki dost sabah görüşmək ümidi ilə vədələşib ayrılırlar. Lakin sabah gəlir, gün keçir, şair gəlmir. Bu, repressiya dövrü üçün xarakterik hal idi. Rejim şexsiyyət azadlığını, fikir müxtəlifliyini qəbul etmirdi. Serbest düşünen və düşündüklərini sərbəst şəkildə ifadə edən insanlar amansız teqiblərə məruz qalır və çox halda da sorğu-sualsız ölüm hökmü ile cezalandırılırdılar. Ədalət məhkəmələri xalqın qarşısında yox, yeddi divar arxasında qurulurdu.
        Müəllif o illərdə «ömrün yolunun qu körpüsünə bənzədiyini» xatırlayır.
        Bu yolu gedən yalnız M.Müşfiq olmamışdır. Poemada taleləri Markaryanlar, Topuridzelər tərəfindən həll olunan və cinayətləri bilinmədən gedərgəlməzə göndərilən Hüseyn Cavid, Ruhulla Axundov, Əhməd Cavad, Cuvarlı kimi ziyalılarımızın adları xatııianır. Müəllif xalqın düşünən beyinlərinin məqsədli şəkildə aradan götürülməsini milli faciə kimi təqdim edir.
        Poemada diqqəti çəkən məqamlardan biri də müəllifin etiraflarıdır. Şair M.Müşfiq kimi bir sənətkarı qırmızı terrordan qoruya bilmədiyi üçün özünü günahkar sanır. Hərçənd ki, bu o dövrdə heç mümkün də deyildi.
        R.Rza cəmiyyətdə hələ repressiya xofunun qaldığı bir dövrdə ideoloji buxovları qıraraq qırmızı terror əleyhinə poema yazmaqla çox böyük cəsarət, milli təəssübkeşlik, əsl vətəndaş mövqeyi nümayiş etdirmişdir.
Top